Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ni Alikhan Musayev

Numero ng Pahina:close

external-link copy
16 : 48

قُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسٖ شَدِيدٖ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنٗاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا

(Ey Peyğəmbər!) Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir qövmə qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. (Yox,) əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”. info
التفاسير:

external-link copy
17 : 48

لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَمَن يَتَوَلَّ يُعَذِّبۡهُ عَذَابًا أَلِيمٗا

(Döyüşə getməməkdə) kora, çolağa və xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, (Allah) onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər. info
التفاسير:

external-link copy
18 : 48

۞ لَّقَدۡ رَضِيَ ٱللَّهُ عَنِ ٱلۡمُؤۡمِنِينَ إِذۡ يُبَايِعُونَكَ تَحۡتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمۡ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيۡهِمۡ وَأَثَٰبَهُمۡ فَتۡحٗا قَرِيبٗا

Allah, (Hüdeybiyyədə ikən, Ridvan beyətində) ağac altında sənə beyət edən möminlərdən razı qaldı. (Allah) onların qəlblərində olanı bildi, onlara sükunət nazil etdi və onları yaxın bir zəfərlə (Xeybərin fəthi ilə) mükafatlandırdı. info
التفاسير:

external-link copy
19 : 48

وَمَغَانِمَ كَثِيرَةٗ يَأۡخُذُونَهَاۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا

(Onları Xeybər əhlindən) əldə edəcəkləri çoxlu qənimətlərə də (müvəffəq etdi). Allah Qüdrətlidir, Hikmət sahibidir. info
التفاسير:

external-link copy
20 : 48

وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةٗ تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةٗ لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا

(Ey möminlər!) Allah sizə (gələcəkdə İslam fəthləri ilə) əldə edəcəyiniz çoxlu qənimətlər vəd etdi. O, bunu (Xeybərdə əldə etdiyiniz qənimətləri) sizə tezliklə verdi. Möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (Qureyşin) əllərini sizdən çəkdi. info
التفاسير:

external-link copy
21 : 48

وَأُخۡرَىٰ لَمۡ تَقۡدِرُواْ عَلَيۡهَا قَدۡ أَحَاطَ ٱللَّهُ بِهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا

Əldə edə bilmədiyiniz başqa qənimətlər də (vardır). Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir. info
التفاسير:

external-link copy
22 : 48

وَلَوۡ قَٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُواْ لَوَلَّوُاْ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا

(Ey möminlər!) Əgər kafirlər sizinlə vuruşsalar, arxa çevirib qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar. info
التفاسير:

external-link copy
23 : 48

سُنَّةَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا

Allahın əzəldən qoyduğu sünnəsi belədir. Sən Allahın sünnəsində (heç vaxt) bir dəyişiklik tapa bilməzsən. info
التفاسير: