Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ni Alikhan Musayev

əz-Zuxruf

external-link copy
1 : 43

حمٓ

Hə. Mim. info
التفاسير:

external-link copy
2 : 43

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

(Bu) açıq-aydın Kitaba and olsun! info
التفاسير:

external-link copy
3 : 43

إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ

Biz onu, anlayasınız deyə, ərəbcə Quran etdik info
التفاسير:

external-link copy
4 : 43

وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ

Şübhəsiz ki, o, yanımızdakı ana kitabdadır (lövhi-məhfuzdadır). O, ucadır, hikmətlə doludur. info
التفاسير:

external-link copy
5 : 43

أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ

Yoxsa, siz (şirk və küfür etməklə) həddi aşan bir qövm olduğunuza görə, Zikri (Quranı) sizə çatdırmaqdan vaz keçməliyikmi?! info
التفاسير:

external-link copy
6 : 43

وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ

Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik. info
التفاسير:

external-link copy
7 : 43

وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər. info
التفاسير:

external-link copy
8 : 43

فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ

Biz onlardan (qövmündən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti (Quranda) ötüb keçmişdir. info
التفاسير:

external-link copy
9 : 43

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər. info
التفاسير:

external-link copy
10 : 43

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ

O Allah ki, yeri sizin üçün döşədi və (istədiyiniz yerə) düz gedə biləsiniz deyə sizin üçün orada yollar saldı. info
التفاسير: