Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ni Alikhan Musayev

Numero ng Pahina:close

external-link copy
19 : 35

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ

Kor ilə görən eyni deyildir, info
التفاسير:

external-link copy
20 : 35

وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ

zülmətlərlə nur da, info
التفاسير:

external-link copy
21 : 35

وَلَا ٱلظِّلُّ وَلَا ٱلۡحَرُورُ

kölgə ilə isti külək də (eyni deyildir). info
التفاسير:

external-link copy
22 : 35

وَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٖ مَّن فِي ٱلۡقُبُورِ

Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirə bilməzsən. info
التفاسير:

external-link copy
23 : 35

إِنۡ أَنتَ إِلَّا نَذِيرٌ

Sən ancaq xəbərdar edənsən. info
التفاسير:

external-link copy
24 : 35

إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۚ وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ

Həqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın. info
التفاسير:

external-link copy
25 : 35

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, (İbrahimin səhifələri kimi) müqəddəs yazılar və (Tövrat və İncil kimi) nur saçan kitab gətirmişdilər. info
التفاسير:

external-link copy
26 : 35

ثُمَّ أَخَذۡتُ ٱلَّذِينَ كَفَرُواْۖ فَكَيۡفَ كَانَ نَكِيرِ

Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Görəydin) Mənim (onları) həlak etməyim necə oldu! info
التفاسير:

external-link copy
27 : 35

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٖ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٞ وَحُمۡرٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٞ

Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. info
التفاسير:

external-link copy
28 : 35

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلۡأَنۡعَٰمِ مُخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ كَذَٰلِكَۗ إِنَّمَا يَخۡشَى ٱللَّهَ مِنۡ عِبَادِهِ ٱلۡعُلَمَٰٓؤُاْۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ

İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır. info
التفاسير:

external-link copy
29 : 35

إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ

Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər zərər olmayacaq bir ticarətə ümid edirlər ki, info
التفاسير:

external-link copy
30 : 35

لِيُوَفِّيَهُمۡ أُجُورَهُمۡ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ غَفُورٞ شَكُورٞ

(Allah) onlara mükafatlarını tam olaraq versin və onlara Öz lütfündən artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir. info
التفاسير: