Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ni Alikhan Musayev

əl-Kəhf

external-link copy
1 : 18

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَنزَلَ عَلَىٰ عَبۡدِهِ ٱلۡكِتَٰبَ وَلَمۡ يَجۡعَل لَّهُۥ عِوَجَاۜ

Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! info
التفاسير:

external-link copy
2 : 18

قَيِّمٗا لِّيُنذِرَ بَأۡسٗا شَدِيدٗا مِّن لَّدُنۡهُ وَيُبَشِّرَ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا حَسَنٗا

(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, saleh əməllər edən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dosdoğru olaraq nazil etdi. info
التفاسير:

external-link copy
3 : 18

مَّٰكِثِينَ فِيهِ أَبَدٗا

Onlar (Möminlər) orada əbədi qalacaqlar. info
التفاسير:

external-link copy
4 : 18

وَيُنذِرَ ٱلَّذِينَ قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗا

(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi). info
التفاسير: