Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

əl-Leyl

Ilan sa mga Layon ng Surah:
بيان أحوال الخلق في الإيمان والإنفاق وحال كل فريق.
İman gətirmək və malı xərcləmək xüsusunda insanların halının - onlardan hər bir firqənin halının bəyan edilməsi. info

external-link copy
1 : 92

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ

Uca Allah, göylə yer arasını öz zülməti ilə bürüməkdə olan gecəyə and içir. info
التفاسير:

external-link copy
2 : 92

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ

Uca Allah, həmçinin, açılan və aydınlaşan gündüzə and içir. info
التفاسير:

external-link copy
3 : 92

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ

Uca Allah, həmçinin, kişini və qadını yaratdığına and içir. info
التفاسير:

external-link copy
4 : 92

إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ

Ey insanlar! Sizin əməlləriniz müxtəlifdir.Yaxşı əməlləriniz Cənnətə daxil olmaq üçün, pis əməllər isə Cəhənnəmə varid olmaq üçün səbədir. info
التفاسير:

external-link copy
5 : 92

فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ

Kim öhdəsinə düşən haqqı - zəkat, sədəqə və kəffarə verirsə və Allahın qadağan etdiyi əməllərdən çəkinir, info
التفاسير:

external-link copy
6 : 92

وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ

Və Allahın ona vəd etdiyi savabı təsdiq edirsə, info
التفاسير:

external-link copy
7 : 92

فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ

Biz, onun üçün, yaxşı işlər görməyi və malından Allah yolunda xərcləməyi asanlaşdırarıq. info
التفاسير:

external-link copy
8 : 92

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ

Kim də xəsislik edib malından öhdəsinə düşən vacibi xərcləmir, öz mal-dövlətinə güvənib Allaha ehtiyacı olmadığını güman edir və Allahın lütfündən heç bir şey istəmir, info
التفاسير:

external-link copy
9 : 92

وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ

Və Allahın ona, Allah yolunda xərclədiyi malı müqabilində vəd etdiyi savabı yalan sayırsa, info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• أهمية تزكية النفس وتطهيرها.
Nəfsi təmizə çıxarmağın və onu günahlardan təmizləməyin əhəmiyyəti. info

• المتعاونون على المعصية شركاء في الإثم.
Asilik etməkdə əlbir olan kimsələrin qazanılan günaha şərik olması. info

• الذنوب سبب للعقوبات الدنيوية.
Günahlar insanın hələ dünyada ikən cəzalandırılmasına səbəbdir. info

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
Hər kəs nə üçün yaranmışsa, ona da müyəssər edilər. Kimisi itaətkar, kimisi də asi olar. info