Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
15 : 64

إِنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ

Sizin mal-dövlətiniz və oğul-uşağınız yalnız bir sınaq və bir imtahandır. Bəzən onlar sizi haram yolla qazanc əldə etməyə və Allaha itaət etməkdən əl çəkməyə sövq etdirirlər. Halbuki Allaha olan itaəti övladlara olan itaətdən və mal-dövlət yığmaqla məşğul olmaqdan üstün tutan kimsələr üçün Allah dərgahında böyük mükafat vardır. Bu böyük mükafat isə Cənnətdir. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
Peyğəmbərlərin vəzifəsi Allahın dinini təbliğ etməkdir. Amma haqq yola yönəltmək isə yalnız Allahın əlindədir. info

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
Qədərə iman gətirmək qəlbin rahatlıq tapması və doğru yola yönəlmək üçün səbəbdir. info

• التكليف في حدود المقدور للمكلَّف.
Hər kəs qədərinə yazılmış yazı qədər mükəlləf edilər. info

• مضاعفة الثواب للمنفق في سبيل الله.
Malından Allah yolunda xərcləyən kimsənin mükafatının qat-qat artırılması. info