పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - అజర్‌బైజానీ అనువాదం - అలీ ఖాన్ మూసాయీఫ్

పేజీ నెంబరు:close

external-link copy
207 : 26

مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ

onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz. info
التفاسير:

external-link copy
208 : 26

وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ

Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik. info
التفاسير:

external-link copy
209 : 26

ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ

(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq! info
التفاسير:

external-link copy
210 : 26

وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ

Onu (Quranı) şeytanlar endirmədi. info
التفاسير:

external-link copy
211 : 26

وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ

Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da. info
التفاسير:

external-link copy
212 : 26

إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ

Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər. info
التفاسير:

external-link copy
213 : 26

فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ

Odur ki, Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan. info
التفاسير:

external-link copy
214 : 26

وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ

Ən yaxın qohumlarını qorxut! info
التفاسير:

external-link copy
215 : 26

وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)! info
التفاسير:

external-link copy
216 : 26

فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ

Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!” info
التفاسير:

external-link copy
217 : 26

وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ

Qüdrətli və Rəhmli olana təvəkkül et! info
التفاسير:

external-link copy
218 : 26

ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ

O səni (namaza) duranda da görür, info
التفاسير:

external-link copy
219 : 26

وَتَقَلُّبَكَ فِي ٱلسَّٰجِدِينَ

səcdə edənlər içində hərəkətinidə. info
التفاسير:

external-link copy
220 : 26

إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Həqiqətən də, O, Eşidəndir, Biləndir! info
التفاسير:

external-link copy
221 : 26

هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? info
التفاسير:

external-link copy
222 : 26

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٖ

Onlar hər bir yalançıya və günahkara (kahinə) nazil olarlar. info
التفاسير:

external-link copy
223 : 26

يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ

(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! info
التفاسير:

external-link copy
224 : 26

وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ

Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar. info
التفاسير:

external-link copy
225 : 26

أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ

Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur) info
التفاسير:

external-link copy
226 : 26

وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ

və etmədikləri şeylərdən danışırlar? info
التفاسير:

external-link copy
227 : 26

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ

Yalınz iman gətirib saleh əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər. info
التفاسير: