పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - అజర్‌బైజానీ అనువాదం - అలీ ఖాన్ మూసాయీఫ్

పేజీ నెంబరు:close

external-link copy
80 : 16

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ

Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları və başqa şeylər düzəltdi. info
التفاسير:

external-link copy
81 : 16

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ

Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə (Ona) təslim olasınız (itaət edəsiniz). info
التفاسير:

external-link copy
82 : 16

فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ

Əgər onlar üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir. info
التفاسير:

external-link copy
83 : 16

يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ

Onlar Allahın nemətini bilir, sonradan onu inkar edirlər. Onların çoxu kafirlərdir. info
التفاسير:

external-link copy
84 : 16

وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ

Hər ümmətdən bir şahid gətirəcəyimiz gün, kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır. info
التفاسير:

external-link copy
85 : 16

وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ

Zalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngülləşdiriləcək, nə də onlara möhlət veriləcək. info
التفاسير:

external-link copy
86 : 16

وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ

Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa tapındığımız şəriklərimizdir!”. (Bütlər isə) onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab verəcəklər. info
التفاسير:

external-link copy
87 : 16

وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ

O gün (müşriklər) Allaha təslim olduqlarını bildirəcək və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar. info
التفاسير: