పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - అజరీ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
90 : 6

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُۖ فَبِهُدَىٰهُمُ ٱقۡتَدِهۡۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ هُوَ إِلَّا ذِكۡرَىٰ لِلۡعَٰلَمِينَ

O peyğəmbərlər və onlarla birgə atalarının, övladlarının və qardaşlarının adları çəkilənlər, həqiqətən də, doğru yo­lda olan kimsələrdir. Sən də on­la­ra tabe ol və onların ardınca get. Ey Peyğəmbər! Öz qövmünə de: "Mən bu Quranı sizə təbliğ etdiyimə görə sizdən heç bir mü­kafat istəmirəm. Bu Quran insan və cinləri doğru yola yönəltmək üçün aləmlərə görə yalnız bir öyüd-nəsihətdir". info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• من فضائل التوحيد أنه يضمن الأمن للعبد، خاصة في الآخرة حين يفزع الناس.
• Tövhidin fəzilərindən biridə budur ki, tövhid, insana xüsusəndə qiyamət günü insanların qorxduqları zaman onların əmin-aman­­lıqda olmasına zəmanətdir. info

• تُقَرِّر الآيات أن جميع من سبق من الأنبياء إنما بَلَّغوا دعوتهم بتوفيق الله تعالى لا بقدرتهم.
• Yuxarıda qeyd edilən ayələr, bütün peyğəmbərlərin öz dəvətlərini heç də öz güc-qüvvətləri sayəsində deyil yalnız Uca Allahın müvəffəq etməsi sayəsində insanlara çatdırdıqlarını göstərməkdədir. info

• الأنبياء يشتركون جميعًا في الدعوة إلى توحيد الله تعالى مع اختلاف بينهم في تفاصيل التشريع.
• Peyğəmbərlərin hamısı Uca Allahın tək İlah olduğuna (tövhidə) dəvət etmək xüsusunda eyni əqidədədirlər, aralarındakı şəriət əhkamları isə fərqlidir. info

• الاقتداء بالأنبياء سنة محمودة، وخاصة في أصول التوحيد.
• Peyğəmbərlərə, xüsusəndə tövhidin əsaslarında tabeçilik göstərmək gözəl bir yoldur. info