పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - అజరీ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

పేజీ నెంబరు:close

external-link copy
216 : 2

كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ وَهُوَ كُرۡهٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تُحِبُّواْ شَيۡـٔٗا وَهُوَ شَرّٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ

Ey mömilər! Allah yolunda döyüşmək və bu yolda maldan və candan keçmək nəfsə xoş gəlməsə də, sizə fərz edildi. Ola bilsin ki, siz, Allah yolunda döyüşmək kimi bir şeyi sevməyəsiniz, amma həqiqətdə o sizin üçün faydalı və xeyirli olsun. Çünki Allah yolunda döyüşməyin əzəmətli savabı olmaqla yanaşı, düşmənlər üzərində qələbə çalmaq və Allah kəlməsini uca tutmaq vardır. Ola bilsin ki, siz, cihad etməmək kimi bir şeyi sevəsiniz, amma həqiqətdə o sizin üçün şər və zərərli olsun. Çünki cihadı tərk etmək zəliliyə və həmçinin düşmənlərin sizin üzərinizdə qələbə çalmasına səbəbdir. Allah işlərin hansı xeyir, hansının isə şər olmasını daha yaxşı bilir, siz isə bunu bilmirsiniz. Allahın əmrinə tabe olun, bu sizin üçün xeyirlidir. info
التفاسير:

external-link copy
217 : 2

يَسۡـَٔلُونَكَ عَنِ ٱلشَّهۡرِ ٱلۡحَرَامِ قِتَالٖ فِيهِۖ قُلۡ قِتَالٞ فِيهِ كَبِيرٞۚ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفۡرُۢ بِهِۦ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَإِخۡرَاجُ أَهۡلِهِۦ مِنۡهُ أَكۡبَرُ عِندَ ٱللَّهِۚ وَٱلۡفِتۡنَةُ أَكۡبَرُ مِنَ ٱلۡقَتۡلِۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمۡ حَتَّىٰ يَرُدُّوكُمۡ عَن دِينِكُمۡ إِنِ ٱسۡتَطَٰعُواْۚ وَمَن يَرۡتَدِدۡ مِنكُمۡ عَن دِينِهِۦ فَيَمُتۡ وَهُوَ كَافِرٞ فَأُوْلَٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

Ey Peyğəmbər! Səndən haram ayında: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında vuruşmaq barəsində soruşurlar. Onlara cavab olaraq de: "Bu ayda vuruşmaq Allah qatında böyük günah və pis əməldir, amma müşriklərin etdiyi kimi insanları Allah yolundan sapdırmaq, möminləri Məscidulharama buraxmamaq və Məscidulharam sakinlərini oradan çıxartmaq Allah yanında bu aylarda vuruşmaqdan da daha böyük günahdır. Onların etdikləri şirk, vuruşmaqdan daha böyükdür. Ey Möminlər! Müşriklər bacardıqca sizi haqq dininizdən batilə döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb Allaha kafir olaraq ölsə, onun saleh əməli batil olar və onun axirətdə qayıdış yeri oda daxil olub və orada əbədi qalmaq olar. info
التفاسير:

external-link copy
218 : 2

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ أُوْلَٰٓئِكَ يَرۡجُونَ رَحۡمَتَ ٱللَّهِۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Həqiqətən, Allaha və rəsuluna iman gətirənlər, Allah və rəsuluna hicrət edib vətənlərini tərk edənlər və Allahın kəlməsi uca olsun deyə vuruşanlar, Allahın mərhəmətinə və bağışlamağına ümid edən kəslərdir. Allah qullarının günahlarını bağışlayandır və onlara rəhmlidir. info
التفاسير:

external-link copy
219 : 2

۞ يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِۖ قُلۡ فِيهِمَآ إِثۡمٞ كَبِيرٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثۡمُهُمَآ أَكۡبَرُ مِن نَّفۡعِهِمَاۗ وَيَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلِ ٱلۡعَفۡوَۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ

Ey Peyğəmbər! Səhabələrin səndən xamr (xamr: insanın ağlını başından alıb aparan hər bir şeyə xamr deyilir) və bu içkinin hökmü bunu satmaq və almaq barəsində soruşurlar? Səndən qumar (qumar: yarışda iştirak edən hər iki oyunçu tərəfindən təyin edilmiş mükafatı rəqabət yolu ilə götürməyə qumar deyilir) barəsində soruşanlara cavab olaraq de: "Onların hər ikisində həm: ağlın getməsi, malın əldən çıxması, aranızda ədavətin və qəzəbin yaranması kimi dini və dünyavi böyük zərərlər və fəsadlar vardır və həm də ki, mal əldə etmək kimi insanlar üçün kiçik bir mənfəət də vardır. Amma hər ikisinin zərəri və günahı hər ikisinin mənfəətlərindən daha böyükdür". Zərəri mənfəətindən daha çox olan şeydən ağıllı insan uzaq durar. Ey Peyğəmbər! Səhabələrin səndən Allah yolunda mallarından nə xərcləyəcəkləri və sədəqə verəcəkləri barədə soruşurlar? Onlara cavab olaraq de: "Ehtiyacınızdan artıq qalan malınızı Allah yolunda xərcləyin!". (Bu hökm, İslamın ilk vaxtında idi, sonra Allah xüsusi mallardan və müəyyən miqdarda zəkat verməyi vacib etdi). Heç bir anlaşılmazlıq olmayan bu kimi ayələrlə Allah sizə şəriətin hökmlərini belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• الجهل بعواقب الأمور قد يجعل المرء يكره ما ينفعه ويحب ما يضره، وعلى المرء أن يسأل الله الهداية للرشاد.
• İşlərin sonunun necə bitəcəyini bilməmək, insanın ona faydalı bir şeyin pis görməsinə və ona zərərli bir şeyin isə sevməsinə gətirib çıxara bilər. Buna görə də insan, daima Allahdan hidayət və düzgün yol istəməlidir. info

• جاء الإسلام بتعظيم الحرمات والنهي عن الاعتداء عليها، ومن أعظمها صد الناس عن سبيل الله تعالى.
• İslam dini haramlardan çəkinməyi və insanlara qarşı həddi aşmamağı əmr edir. Bu haramların ən böyüyü də, insanları uca Allahın yolundan yayındırmaqdır. info

• لا يزال الكفار أبدًا حربًا على الإسلام وأهله حتَّى يخرجوهم من دينهم إن استطاعوا، والله موهن كيد الكافرين.
• Kafirlər, müsəlmanları öz dinlərindən çıxarana qədər, İslam və İslam əhli ilə daim mübarizə aparacaqlar. Allah kafirlərin hiyləsini zəiflədər. info

• الإيمان بالله تعالى، والهجرة إليه، والجهاد في سبيله؛ أعظم الوسائل التي ينال بها المرء رحمة الله ومغفرته.
• Uca Allaha iman gətirmək, Allah üçün hicrət etmək və Onun yolunda cihad etmək, insanın Allahın rəhmərinə və məğfirətinə nail olmaqa səbəb olan ən böyük vasitədir. info

• حرّمت الشريعة كل ما فيه ضرر غالب وإن كان فيه بعض المنافع؛ مراعاة لمصلحة العباد.
• Şəriət, insanların xeyri üçün zərəri çox olan hər bir şeyi, hətta onda bəzi faydalar olsa da belə haram etmişdir. info