அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அஜர்பைஜான் மொழிபெயர்ப்பு - அலி கான் முசேவ்

external-link copy
127 : 7

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ

Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü yer üzündə fitnə-fəsad törətsinlər, həm səni, həm də sənin ilahlarını bir kənara atsınlar deyəmi buraxırsan?”. (Firon) dedi: “Biz mütləq onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) sağ buraxacağıq. Şübhəsiz ki, biz onlar üzərində sarsılmaz bir gücə sahibik”. info
التفاسير: