அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அஜர்பைஜான் மொழிபெயர்ப்பு - அலி கான் முசேவ்

ən-Nəcm

external-link copy
1 : 53

وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ

And olsun batmaqda olan ulduza! info
التفاسير:

external-link copy
2 : 53

مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ

Yoldaşınız (Muhamməd) nə azmış, nə də sapmışdır. info
التفاسير:

external-link copy
3 : 53

وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ

O, havadan (istədiyini) danışmaz. info
التفاسير:

external-link copy
4 : 53

إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ

Bu (Quran), ona nazil edilən bir vəhydir. info
التفاسير:

external-link copy
5 : 53

عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ

Bunu ona çox qüvvətli olan öyrətdi – info
التفاسير:

external-link copy
6 : 53

ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ

gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (Peyğəmbərə öz surətində göründü). info
التفاسير:

external-link copy
7 : 53

وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ

O (Cəbrail), ən uca üfüqdə idi. info
التفاسير:

external-link copy
8 : 53

ثُمَّ دَنَا فَتَدَلَّىٰ

Sonra (Muhammədə) yaxınlaşıb aşağı endi. info
التفاسير:

external-link copy
9 : 53

فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ

(Cəbrail ilə Muhamməd arasındakı məsafə) iki yay qədər yaxud ondan da yaxın (məsafə) oldu. info
التفاسير:

external-link copy
10 : 53

فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ

(Sonra Allah) quluna (Muhammədə) nazil edəcəyini vəhy etdi. info
التفاسير:

external-link copy
11 : 53

مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ

Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü (Cəbraili iki gözü ilə görməsini) yalan saymadı. info
التفاسير:

external-link copy
12 : 53

أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ

(Ey Müşriklər!) Siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? info
التفاسير:

external-link copy
13 : 53

وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ

(Muhamməd) Onu (Cəbraili) bir daha (isra gecəsi öz sürətində) enərkən gördü – info
التفاسير:

external-link copy
14 : 53

عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ

(Yeddinci səmadakı) Sidrətül-müntəhanın yanında. info
التفاسير:

external-link copy
15 : 53

عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ

Onun yanında Məva cənnəti vardır. info
التفاسير:

external-link copy
16 : 53

إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ

O zaman Sidrə ağacını bürüyən bürümüşdü. info
التفاسير:

external-link copy
17 : 53

مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ

Göz (Peyğəmbərin gözü sağa-sola) yayınmadı və həddi aşmadı. info
التفاسير:

external-link copy
18 : 53

لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ

O, Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü. info
التفاسير:

external-link copy
19 : 53

أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ

(Ey müşriklər!) Lat və Uzzanı gördünüzmü? info
التفاسير:

external-link copy
20 : 53

وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ

Digər üçüncü olan Mənatı da? info
التفاسير:

external-link copy
21 : 53

أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ

Məgər oğlanlar sizin, qızlar Onundur (Allahındır)?! info
التفاسير:

external-link copy
22 : 53

تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ

Onda bu, ədalətsiz bir bölgüdür! info
التفاسير:

external-link copy
23 : 53

إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ

Bunlar (bütlər) sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir. info
التفاسير:

external-link copy
24 : 53

أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ

Yoxsa insan üçün istədiyi şey (bütlərin onun üçün Allah yanında şəfaətçi olması) vardır? info
التفاسير:

external-link copy
25 : 53

فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ

Axirət də, dünya da Allahındır. info
التفاسير:

external-link copy
26 : 53

۞ وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ

Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və razı qaldığı kimsədən başqa (heç kəsə) heç bir fayda verməz. info
التفاسير:

external-link copy
27 : 53

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ

Axirətə inanmayanlar mələkləri (onların Allahın qızları olduğunu etiqad edərək) qadın adları ilə adlandırırlar. info
التفاسير:

external-link copy
28 : 53

وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا

Onların buna dair heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz. info
التفاسير:

external-link copy
29 : 53

فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

(Ey Peyğəmbər!) Zikrimizdən (Qurandan) üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər! info
التفاسير:

external-link copy
30 : 53

ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ

Onların elmdən payı elə o qədərdir. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanı da, doğru yolda olanıda yaxşı bilir. info
التفاسير:

external-link copy
31 : 53

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür. info
التفاسير:

external-link copy
32 : 53

ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ

Onlar kiçik günahlar müstəsna olmaqla, böyük günahlardan və çirkin əməllərdən (şirkdən və zinadan) çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir. info
التفاسير:

external-link copy
33 : 53

أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ

(Ey Peyğəmbər!) Üz çevirəni (Valid bin Muğiranı) gördünmü, info
التفاسير:

external-link copy
34 : 53

وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ

(malından) azacıq verib (sonra) paxıllıq edəni? info
التفاسير:

external-link copy
35 : 53

أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ

Məgər qeyb elmi onun yanındadır, o da (bunu) görür? info
التفاسير:

external-link copy
36 : 53

أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ

Yoxsa Musanın səhifələrindəkilər ona xəbər verilmədi? info
التفاسير:

external-link copy
37 : 53

وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ

Vəfalı olan İbrahimin (səhifələrindəkilər ona xəbər verilmədi?) info
التفاسير:

external-link copy
38 : 53

أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ

(O səhifələrində deyilənlərdən bəziləri bunlardır:) “Heç bir günahkar başqasının günahını daşımaz. info
التفاسير:

external-link copy
39 : 53

وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ

İnsan üçün yalnız öz əməlinin əvəzi vardır. info
التفاسير:

external-link copy
40 : 53

وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ

Şübhəsiz ki, onun əməli (Qiyamət günü) görünəcəkdir. info
التفاسير:

external-link copy
41 : 53

ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ

Sonra da ona (əməlinin) əvəzi tam veriləcəkdir!” info
التفاسير:

external-link copy
42 : 53

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ

Son dönüş Rəbbinədir. info
التفاسير:

external-link copy
43 : 53

وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ

Güldürən də, ağladan da Odur! info
التفاسير:

external-link copy
44 : 53

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا

Öldürən də, dirildən də Odur! info
التفاسير:

external-link copy
45 : 53

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ

O, (insanlardan və heyvanlardan) biri erkək və biri dişi olmaqla iki cüt yaratdı. info
التفاسير:

external-link copy
46 : 53

مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ

Axıdılan bir (damla) nütfədən. info
التفاسير:

external-link copy
47 : 53

وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ

Təkrar diriltmək də Ona aiddir. info
التفاسير:

external-link copy
48 : 53

وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ

Zəngin edən də, kasıb edən də Odur. info
التفاسير:

external-link copy
49 : 53

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ

Şiranın (müşriklərin ibadət etdiyi şira ulduzunun) da Rəbbi Odur. info
التفاسير:

external-link copy
50 : 53

وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ

O, əvvəlki Adı (Ad qövmünü) məhv etdi. info
التفاسير:

external-link copy
51 : 53

وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ

Səmudu da (məhv edib onlardan heç kəsi sağ) buraxmadı. info
التفاسير:

external-link copy
52 : 53

وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ

Daha öncə Nuh qövmünü də (məhv etdi), çünki onlar daha zalım və daha azğın kimsələr idi. info
التفاسير:

external-link copy
53 : 53

وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ

Mötəfikənin də (Lut qövmünün yurdu da) altını üstünə O çevirdi. info
التفاسير:

external-link copy
54 : 53

فَغَشَّىٰهَا مَا غَشَّىٰ

Onların başına gətirdiyini gətirdi. info
التفاسير:

external-link copy
55 : 53

فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ

(Ey insan!) Rəbbinin hansı nemətlərinə şübhə edirsən? info
التفاسير:

external-link copy
56 : 53

هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ

Bu (Muhamməd) də öncəki peyğəmbərlər kimi (Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir. info
التفاسير:

external-link copy
57 : 53

أَزِفَتِ ٱلۡأٓزِفَةُ

Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı. info
التفاسير:

external-link copy
58 : 53

لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ

Allahdan başqa heç kəs onun qarşısını ala bilməz! (Və ya: Allahdan başqa heç kəs onun vaqe olacaq vaxtı bilməz!) info
التفاسير:

external-link copy
59 : 53

أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ

Yoxsa siz bu sözə (Qurana) təəccübmü edirsiniz?! info
التفاسير:

external-link copy
60 : 53

وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ

(Ona istehza edərək) gülürsünüz, (oradakı öyüd-nəsihəti eşitdikdə) ağlamırsınız! info
التفاسير:

external-link copy
61 : 53

وَأَنتُمۡ سَٰمِدُونَ

Və qəflət içində oynayıb əylənirsiniz (ona diqqət yetirmirsiniz)! info
التفاسير:

external-link copy
62 : 53

فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩

Allah üçün səcdəyə qapanın və (Ona) ibadət edin! info
التفاسير: