அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு

பக்க எண்:close

external-link copy
84 : 26

وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ

Məndən sonra gələcək nəsillər arasında məni, hörmətlə yad edilənlərdən və xoş bir şəkildə təriflənənlərdən et! info
التفاسير:

external-link copy
85 : 26

وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ

Məni, Cənnətdə yüksən məqamlara varis olub, oradakı nemətlərdən bəhrələnən və orada sakin olan mömin qullarından et! info
التفاسير:

external-link copy
86 : 26

وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ

Atamı da bağışla! Çünki o, şirk səbəbi ilə azğınlıq içində olanlardandır. İbrahimin atası üçün dua etməsi, onun Cəhənnəm əhlindən olduğunu bilməsindən öncə idi. Atasının müşriklərdən olduğu ona bəyan olduqdan sonra ondan uzaq durdu və onun üçün bir daha Allaha dua etmədi. info
التفاسير:

external-link copy
87 : 26

وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ

İnsanların hesab üçün yenidən dirildiləcəyi gün məni əzabla rüsvay etmə! info
التفاسير:

external-link copy
88 : 26

يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ

O gün, insanın dünyada ikən topladığı nə var-dövlət, nə də ki, onlara yardım etdikləri oğul-uşaqları özlərinə bir fayda ver­ər! info
التفاسير:

external-link copy
89 : 26

إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ

Ancaq: şirkdən, nifaqdan, riyadan və kibirdən uzaq olan, sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən baş­qa. Məhz Qiyamət günü belə kimsələr Allah yolunda xərclədiyi var-dövlətin və onun üçün dua etdiyi oğul-uşağın faydasını görəcəkdir. info
التفاسير:

external-link copy
90 : 26

وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ

O gün Cənnət, Allahın əmrlərini yerinə yetirib və Onun qadağalarından çəkinən müttəqillər üçün yaxınlaşdırılacaqdır. info
التفاسير:

external-link copy
91 : 26

وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ

Haqq dindən azan ağınlara Cəhənnəm elə məhşərdə ikən açıq-aydın göstəri­lər. info
التفاسير:

external-link copy
92 : 26

وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ

Sonra da onlara məzəmmət edilərək belə deyilə­cəkdir: "Allahdan başqa ibadət etdikləriniz bütlər haradadır– info
التفاسير:

external-link copy
93 : 26

مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ

Allahdan başqa ibadət etdikləriniz? Onlar sizi Allahın əzabından qoruyaraq sizə bir kö­mək edə bilərlər­mi ya­xud öz­lərinə köməkləri dəyə bilər­mi?" info
التفاسير:

external-link copy
94 : 26

فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ

Onlar (müşriklər) və onları azdıranlarla hamısı bir yerdə, üst-üstə Cəhən­nə­mə atılarlar. info
التفاسير:

external-link copy
95 : 26

وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ

İblisin şeytanlardan olan bütün yardımçıları da heç bir istisna olmadan hamısı Cəhənnəmə atılarlar. info
التفاسير:

external-link copy
96 : 26

قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ

Allahdan başqasına ibadət edib, bütləri özlərinə ilahlar qərar verən müşriklər, Allahdan başqa ibadət etdikləri bütlərlə Cəhənnəmdə höcətləşə­rək onlara belə deyər­lər: info
التفاسير:

external-link copy
97 : 26

تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ

"Allaha and olsun ki, biz haqq yoldan açıq-ay­dın azğınlıq içində idik – info
التفاسير:

external-link copy
98 : 26

إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ

Çünki o vaxt biz sizi bütün yaradılmışların Rəb­binə tay tutmuşduq. Ona ibadət etdiyimiz kimi sizə də ibadət edirdik.
info
التفاسير:

external-link copy
99 : 26

وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ

Bizi haqq yoldan ancaq, Allahı buraxıb onlara ibadət etməyə çağıran günahkarlar azdırdı. info
التفاسير:

external-link copy
100 : 26

فَمَا لَنَا مِن شَٰفِعِينَ

İndi isə Allah yanında bizi Onun əzabından xilas edəcək şə­fa­ət­çi­ləri­miz də yoxdur. info
التفاسير:

external-link copy
101 : 26

وَلَا صَدِيقٍ حَمِيمٖ

Nə də ki, bizi müdafiə edib, bizə şəfaətçi olan səmimi bir dos­tu­muz yoxdur! info
التفاسير:

external-link copy
102 : 26

فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

Kaş ki, bizə bir daha dünya həyatına geri dönməyə izin verilsəydi, o zaman biz mütləq Allaha iman edən möminlərdən olar­dıq!" info
التفاسير:

external-link copy
103 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Şübhəsiz ki, İbrahimin - aleyhissəlam - bu hekayətində və onu təkzib edənlərin aqibətinin necə olduğunda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
104 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir. info
التفاسير:

external-link copy
105 : 26

كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ

Nuhun qövmü, Nuhu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular. info
التفاسير:

external-link copy
106 : 26

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ

Nəsəb baxımından qardaşları olan Nuh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!
info
التفاسير:

external-link copy
107 : 26

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə vəhy etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm. info
التفاسير:

external-link copy
108 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin. info
التفاسير:

external-link copy
109 : 26

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil. info
التفاسير:

external-link copy
110 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin. info
التفاسير:

external-link copy
111 : 26

۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ

Nuhun qövmü ona belə dedi: "Ey Nuh! Sənin ardınca gələnlər, aramızda səfil və aşağı təbəqədən olan adamlardır. Onların arasında şərəfli və yuxarı təbəqədən olan kimsələr yoxdur. Durumun bu halda ikən bizlər sənin gətirdiyinə tabe olub, əməlmi edəcəyik?!" info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
• Qəlbin: həsəd, riya və təkəbbürlük kimi xəstəliklərdən salamat olmasının əhəmiyyəti. info

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
• Azğınlığa düşmüş kimsələrin bütün məsuliyyəti onları azğınlığa sürükləyən kimsələrin böynuna atması azğınlığa düşən kimsələrə heç bir fayda verməz. info

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
• Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir. info

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
• İbrahimin hekayəsində qiyamət mövzusu zikir edildikdən sonra gözəl bir üslubda başqa bir mözuya keçib yenidən hekayətin sonuna qayıdılmışdır. info