அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு

əl-Bəqərə

சூராவின் இலக்குகளில் சில:
الأمر بتحقيق الخلافة في الأرض بإقامة الإسلام، والاستسلام لله، والتحذير من حال بني إسرائيل.
İslamı bərqərar etmək və Allaha təslim olmaqla, habelə (insanları) İsrail oğullarının əməllərindən çəkindirməklə yer üzündə xilafət qurmağın əmr edilməsi. info

external-link copy
1 : 2

الٓمٓ

Əlif. Ləm. Mim. Qurani Kərimin bəzi surələri ərəb əlifbasının hərflərilə başlayır. Bu həriflər (əlif, bə tə və s.) hərf olaraq tək yazıldıqda özlüyündə məna daşımasa da Qurani Kərimdə hikmətsiz heç bir şeyin olmadığı üçün belə ayələrin hikməti və mənası vardır. Belə ayələrin ən əhəmiyyətli hikmətlərindən biri də: Allahın onları bildikləri və danışdıqları hərflərdən ibarət olan Quran ilə hədələməsidir (meydan oxumasıdır). Elə buna görə də bu surədə olduğu kimi, Uca Allah çox vaxt belə ayələrdən sonra Qurani Kərim haqqında danışmışdır. info
التفاسير:

external-link copy
2 : 2

ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ

Bu əzəmətli Quranın Allah tərəfindən nazil olmasında, həmçinin, söz və mənalarında heç bir şəkk-şübhə yoxdur. Bu Quran Allahın kəlamıdır və müttəqillərə Allaha aparan doğru yolu göstərir. info
التفاسير:

external-link copy
3 : 2

ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ

O kəslər ki, qeybə inanırlar.Qeyb Allah və Rəsulunun xəbər verdiyi qiyamət günü xəbərləri kimi hissiyat orqanları ilə dərk edilməsi mümkün olmayıb gizli qalan xəbərlərdir. Məhz bu kimsələr, Allahın şəriətinə müvafiq, namazlarının bütün şərtlərini, ərkanlarını, vaciblərini və sünnələrini yerinə yetirərək əda edən kimsələrdır. Məhz bu kimsələr, Allahdan əcr diləyərək, Allahın onlara bəxş etdiyi ruzilərdən fəqirlərə, yoxsullara verilməsi vacib olan zəkat və əlavə olaraq sədəqə verib, mallarını Allah yolunda xərcləyən kimsələrdır. Ey Peyğəmbər! Məhz bu kimsələr aranızda heç bir fərq qoymadan sənə və səndən əvvəlki Peyğəmbərlərə (onlara Allahın salamı olsun) nazil olan vəhyə iman gətirən kimsələrdır. Məhz bu kimsələr qiyamət gününə və o gündə olacaq savaba və əzaba yəqinliklə iman edənlərdir. info
التفاسير:

external-link copy
4 : 2

وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ وَبِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ

O kəslər ki, qeybə inanırlar.Qeyb Allah və Rəsulunun xəbər verdiyi qiyamət günü xəbərləri kimi hissiyat orqanları ilə dərk edilməsi mümkün olmayıb gizli qalan xəbərlərdir. Məhz bu kimsələr, Allahın şəriətinə müvafiq, namazlarının bütün şərtlərini, ərkanlarını, vaciblərini və sünnələrini yerinə yetirərək əda edən kimsələrdır. Məhz bu kimsələr, Allahdan əcr diləyərək, Allahın onlara bəxş etdiyi ruzilərdən fəqirlərə, yoxsullara verilməsi vacib olan zəkat və əlavə olaraq sədəqə verib, mallarını Allah yolunda xərcləyən kimsələrdır. Ey Peyğəmbər! Məhz bu kimsələr aranızda heç bir fərq qoymadan sənə və səndən əvvəlki Peyğəmbərlərə (onlara Allahın salamı olsun) nazil olan vəhyə iman gətirən kimsələrdır. Məhz bu kimsələr qiyamət gününə və o gündə olacaq savaba və əzaba yəqinliklə iman edənlərdir. info
التفاسير:

external-link copy
5 : 2

أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

Bu qisim insanlar, doğru yolda sabitqədəm olduqları üçün bu sifətlərlə vəsf olunublar. Belə insanlar ümüd etdiklərinə çatdıqları və qorxduqları şeylərdən isə əmin olduqları üçün, dünya və axirətdə nicat tapanlardır (xeyrə qovuşanlardır). info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الثقة المطلقة في نفي الرَّيب دليل على أنه من عند الله؛ إذ لا يمكن لمخلوق أن يدعي ذلك في كلامه.
• (Qurani Kərimdən) şəkk-şübhənin tam qətiyyətlə rədd edilməsi onun Allahdan olmasına dəlildir. Çünki, məxluqun öz sözlərinə dair belə bir iddia irəli sürməsi mümkün deyil (və ya qəbuledilməzdir). info

• لا ينتفع بما في القرآن الكريم من الهدايات العظيمة إلا المتقون لله تعالى المعظِّمون له.
• Qurani Kərimdə olan əzəmətli hidayətlərdən yalnız Allahdan qorxan və Onu əzəmətli tutan (təzim edən) insanlar faydalanar. info

• من أعظم مراتب الإيمانِ الإيمانُ بالغيب؛ لأنه يتضمن التسليم لله تعالى في كل ما تفرد بعلمه من الغيب، ولرسوله بما أخبر عنه سبحانه.
• İmanın ən əzəmətli mərtəbələrindən biri də, qeybə iman etməkdir. Çünki qeybə iman etmək, qeybi yalnız Uca Allahın bildiyinə və bu haqda Allah Rəsulunun bütün nöqsanlardan münəzzəh olan Allahdan xəbər verdiyinə təslimiyyəti ehtiva edir. info

• كثيرًا ما يقرن الله تعالى بين الصلاة والزكاة؛ لأنَّ الصلاة إخلاص للمعبود، والزكاة إحسان للعبيد، وهما عنوان السعادة والنجاة.
• Uca Allah çox vaxt Quranda namazla zəkatı birgə qeyd edir. Çünki, namaz qulun Allaha ixlası (səmimiyyəti), zəkat isə qulun öz malından bəndələrə etdiyi ehsanıdır. Namaz qılıb zəkat vermək xoşbəxtlik və səadətin ünvanıdır. info

• الإيمان بالله تعالى وعمل الصالحات يورثان الهداية والتوفيق في الدنيا، والفوز والفلاح في الأُخرى.
• Uca Allaha iman edib saleh əməllər görmək iinsana dünyada ikən Allahın hidayətinə qovuşmağa və işlərində müvəffəqiyyətli olmağa, axirətdə isə nicat tapıb xoşbəxt olmağa səbəbdir. info