د قرآن کریم د معناګانو ژباړه - اذربایجاني ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه

د مخ نمبر:close

external-link copy
20 : 77

أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ

Ey insanlar! Məgər Biz sizi dəyərsiz bir damla sudan - nütfədən xəlq etmədikmi?! info
التفاسير:

external-link copy
21 : 77

فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ

Biz o dəyərsiz nütfəni möhkəm bir yerdə - ana bətnində yerləşdirdik. info
التفاسير:

external-link copy
22 : 77

إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ

Məlum bir vaxta qədər - hamiləlik dövrünün sonunadək. info
التفاسير:

external-link copy
23 : 77

فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ

Biz ana bətnində olan körpənin biçimini, qədd-qamətini, rəngini və s. yaratmağa qüdrətimiz çatdı. Bütün bunları yaratmaq üçün nə gözəl qadir olanlarıq Biz! info
التفاسير:

external-link copy
24 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

Allahın qüdrətini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
25 : 77

أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا

Məgər Biz yeri insanların hamısını özündə cəm edən yer etmədikmi?! info
التفاسير:

external-link copy
26 : 77

أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا

Diriləri üçün məskunlaşma və məişət qurma yeri, ölüləri üçün isə dəfn edilmə yeri etmədikmi?! info
التفاسير:

external-link copy
27 : 77

وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا

Ey insanlar! Yer üzü lərzəyə gəlib tərpənməsin deyə sizin üçün orada möhkəm dayanan tərpənməz uca dağlar yaratdıq və sizə şirin su içirtdik. Bunları yaradan Allah sizi diriltməyə aciz deyildir. info
التفاسير:

external-link copy
28 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

Allahın verdiyi nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
29 : 77

ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ

Peyğəmbərlərinin gətirdiyi risaləti yalan sayanlara belə deyiləcək: "Ey yalançılar! Gedin yalan saydığınız əzabın içinə! info
التفاسير:

external-link copy
30 : 77

ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ

Gedin, tüstüdən əmələ gəlmiş üç qola ayrılan kölgəliyə! info
التفاسير:

external-link copy
31 : 77

لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ

Orada nə kölgəliklərin sərinliyin var, nə də o kölgəliklər sizi Cəhənnəm alovundan və onun isitisindən qoruyar. info
التفاسير:

external-link copy
32 : 77

إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ

Həqiqətən, Cəhənnəm hər biri hündür bir imarət böyüklüyündə qığılcımlar püskürür. info
التفاسير:

external-link copy
33 : 77

كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ

O püskürən qığılcımlar rənginin qaralığında və böyüklüyündə sanki qara dəvə sürükləridir. info
التفاسير:

external-link copy
34 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

Allahın əzabını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
35 : 77

هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ

Bu, onların danışa bilməyəcəkləri bir gündür. info
التفاسير:

external-link copy
36 : 77

وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ

Onlara etdikləri küfrə və pis əməllərə görə üzür gətirməyə izin verilməyəcək ki, üzür gətirsinlər. info
التفاسير:

external-link copy
37 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün barəsində varid olan xəbərləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
38 : 77

هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ

Bu, yaradılanlar arasında ayırd etmə günüdür. Biz bu gün həm sizi, həm də əvvəlki ümmətləri bir yerə cəm etdik! info
التفاسير:

external-link copy
39 : 77

فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ

Əgər Allahın əzabından qurtulmaq üçün qura biləcəyiniz hiyləniz varsa, Mənə qarşı işlədin görək! info
التفاسير:

external-link copy
40 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

Ayırd etmə gününü yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
41 : 77

إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ

Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə Ondan qorxan kimslər, Cənnətdəki yaşıl ağaclarının kölgəliklərində və şirin suyu olan axar çeşmələr başında, info
التفاسير:

external-link copy
42 : 77

وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ

Və yemək istədikləri meyvələr içində olacaqlar. info
التفاسير:

external-link copy
43 : 77

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Onlara deyiləcək: "Dünyada ikən saleh əməllər etdiyinizə görə, təmiz yeməklərdən və zərərsiz şərablardan nuşcanlıqla yeyin-için! info
التفاسير:

external-link copy
44 : 77

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Həqiqətən də, Biz yaxşı əməl sahiblərini, sizi mükafatlandırdığımız kimi mükafatlandırırıq!" info
التفاسير:

external-link copy
45 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

Allahın müttəqilər üçün hazırladğı nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
46 : 77

كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ

Haqqı yalan sayanlara deyiləcək: "Dünyada ikən həyatın ləzzətlərindən az müddət zövq alın! Həqiqətən də, siz Allaha qarşı küfr etdiyinizə və Onun elçilərini yalançı saydığınıza görə günahkarlarsınız! info
التفاسير:

external-link copy
47 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

Din günü cəzalandırılacaqlarını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
48 : 77

وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ

Haqqı yalan sayan o kəslərə: "Allah üçün namaz qılın!" – deyildikdə, onlar namaz qılmazlar. info
التفاسير:

external-link copy
49 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

Peyğəmbərlərin Allah qatından gətirdiklərini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın! info
التفاسير:

external-link copy
50 : 77

فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ

Onlar Rəbbi tərəfindən nazil edilmiş bu Qurana inanmayandan sonra başqa hansı sözə inanacaqlar?! info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• رعاية الله للإنسان في بطن أمه.
İnsan ana bətnində olduqda belə Allahın onun qeydinə qalması. info

• اتساع الأرض لمن عليها من الأحياء، ولمن فيها من الأموات.
Yerin, həm üstündəki dirilər üçün, həm də altındakı ölülər üçün geniş olması. info

• خطورة التكذيب بآيات الله والوعيد الشديد لمن فعل ذلك.
Allahın ayələrini yalan saymağın təhlükəsi və bunu edən kimsənin ciddi şəkildə təhdid olunması. info