د قرآن کریم د معناګانو ژباړه - اذربایجاني ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه

external-link copy
9 : 63

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلۡهِكُمۡ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡ عَن ذِكۡرِ ٱللَّهِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mallarınız və övladlarınız sizi namaz qılmaqdan və ya İslam dininin başqa vacib əməllərinin icrasından yayındırmasın! Hər kimin malı və övladı onu Allahın vacib buyurduğu namazdan və başqa ibadətlərdən yayındırarsa, məhz belələri həqiqi mənada ziyana uğrayanlardır. O kəslər qiyamət günü həm özlərini, həm də əhli-əyallarını ziyana uğratanlardır. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الإعراض عن النصح والتكبر من صفات المنافقين.
Nəsihət qəbul etməkdən üz çevirmək və təkəbbür göstərmək münafiqlərin sifətlərindəndir. info

• من وسائل أعداء الدين الحصار الاقتصادي للمسلمين.
Müsəlmanlara iqtisadi zərər vurmaq din düşmənlərinin müsəlmanlara qarşı işlətdikləri vasitələrdən biridir. info

• خطر الأموال والأولاد إذا شغلت عن ذكر الله.
Allahın zikrindən yayındıran mal-dövlətin və oğul-uşağın təhlükəli olması. info