ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߊߖ߭ߊߙߌߞߊ߲ ߘߟߊߡߌ߬ߘߊ - ߊ߳ߺߊ߬ߟߌ߯ ߞ߭ߊ߯ߣ ߡߎ߯ߛߊߦߍ߯ߝ߭ ߓߟߏ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
131 : 7

فَإِذَا جَآءَتۡهُمُ ٱلۡحَسَنَةُ قَالُواْ لَنَا هَٰذِهِۦۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَطَّيَّرُواْ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓۗ أَلَآ إِنَّمَا طَٰٓئِرُهُمۡ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

Onlara bir yaxşılıq üz verdikdə: “Bu, bizim üçündür (Biz buna layiqik)!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz! info
التفاسير:

external-link copy
132 : 7

وَقَالُواْ مَهۡمَا تَأۡتِنَا بِهِۦ مِنۡ ءَايَةٖ لِّتَسۡحَرَنَا بِهَا فَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ

(Kafirlər) dedilər: “Sən bizi sehrləmək üçün nə qədər dəlil gətirsən də, yenə də biz sənə iman gətirən deyilik!” info
التفاسير:

external-link copy
133 : 7

فَأَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلطُّوفَانَ وَٱلۡجَرَادَ وَٱلۡقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٖ مُّفَصَّلَٰتٖ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ

Biz də müxtəlif (növ) dəllilər onlaraq onların üstünə tufan, çəyirtkələr, bitlər, qurbağalar və (çeşmələrinə) qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular. info
التفاسير:

external-link copy
134 : 7

وَلَمَّا وَقَعَ عَلَيۡهِمُ ٱلرِّجۡزُ قَالُواْ يَٰمُوسَى ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَۖ لَئِن كَشَفۡتَ عَنَّا ٱلرِّجۡزَ لَنُؤۡمِنَنَّ لَكَ وَلَنُرۡسِلَنَّ مَعَكَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ

Əzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birgə göndərəcəyik”. info
التفاسير:

external-link copy
135 : 7

فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلرِّجۡزَ إِلَىٰٓ أَجَلٍ هُم بَٰلِغُوهُ إِذَا هُمۡ يَنكُثُونَ

Biz, yetişəcəkləri müəyyən vaxta qədər (dənizdə qərq ediləcəkləri günə dəqər) əzabı onlardan sovuşdurduqda isə, onlar dərhal (əhdi) pozdular. info
التفاسير:

external-link copy
136 : 7

فَٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ

Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz (Firon əhlindən) intiqam alaraq onları dənizdə qərq etdik. info
التفاسير:

external-link copy
137 : 7

وَأَوۡرَثۡنَا ٱلۡقَوۡمَ ٱلَّذِينَ كَانُواْ يُسۡتَضۡعَفُونَ مَشَٰرِقَ ٱلۡأَرۡضِ وَمَغَٰرِبَهَا ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۖ وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ ٱلۡحُسۡنَىٰ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ بِمَا صَبَرُواْۖ وَدَمَّرۡنَا مَا كَانَ يَصۡنَعُ فِرۡعَوۡنُ وَقَوۡمُهُۥ وَمَا كَانُواْ يَعۡرِشُونَ

(Musa ilə olan) zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını isə viran qoyduq. info
التفاسير: