ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
41 : 8

۞ وَٱعۡلَمُوٓاْ أَنَّمَا غَنِمۡتُم مِّن شَيۡءٖ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلۡنَا عَلَىٰ عَبۡدِنَا يَوۡمَ ٱلۡفُرۡقَانِ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

Ey möminlər! Əgər siz Allaha və haqla batili bir-birindən ayırd edərək sizə düşməniniz üzərində zəfər çalmağa nəsib etdiyi Bədir günü qulumuz Muhammədə (ona Allahın salavatı və salamı olsun) nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, Allah yolunda cihad edərkən kafirlərdən zorla əldə etdiyiniz mal beş hissəyə bölünməlidir. Həmən malın beşdə dörd hissəsi mücahidlərin payına düşür. Qalan beşdə bir hissə isə beş qismə bölünərək paylanılmalıdır. Bu malın bir qismi Allah və Rəsulunun payına düşür. Bu qisim, müsəlmanların ümumi məsrəflərinə sərf edilir. Bir qisim Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Haşim və Muttalib oğullarından olan yaxınlarının payına düşür. Bir qisim, yetimlərin, bir qisim fəqir və miskinlərin, diğər bir qisim isə yarı yolda qalmış müsafirlərin payına düşür. Sizə yardım edən Allah hər şeyə qa­dirdir. info
التفاسير:

external-link copy
42 : 8

إِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

Yadınıza salın ki, O zaman siz vadinin Mədinəyə ya­xın tərə­fində, müşriklər vadinin uzaq, yəni, Məkkəyə yaxın tərə­fində, kar­van isə sizdən aşa­ğı­da Qırmızı dənizin sahilinə yaxın bir yerdə idi. Əgər siz və müşriklər Bədrdə qarşı-qarşıya gəlmək üçün vədələş­mək istəsəy­diniz bir-birinizlə ixtilaf edərdiz. Lakin bütün nöqsanlardan münəzzəh olan Allah sizi aranızda əvvəlcədən vədələşmə olmadan Bədrdə cəm etdi ki, olacaq işi, yəni, möminlərə zəfər nəsib edərək kafirləri zəlil etməyi, dinini izzətli, şirki isə alçaq tutmağı hə­yata keçirsin. Müşriklərdən həlak olan, möminlərin özlərindən sayca və döyüş hazırlığı baxımından qat-qat az olduğunu açıq-ay­dın bildikdən sonra həlak olsun, onlardan sağ qalanları da Allahın möminlərə yardım etdiyinə açıq-aydın bir dəlillə sağ qalsın ki, kiminsə Allah yanında bəhanəsi olmasın. Allah hər bir deyilən sözü eşi­dən­­dir, hər bir edilən əməli bi­lən­dir. Ona heç bir şey gizli qalmaz və O, qulların etdikləri əməllərin müqabilini verəcəkdir. info
التفاسير:

external-link copy
43 : 8

إِذۡ يُرِيكَهُمُ ٱللَّهُ فِي مَنَامِكَ قَلِيلٗاۖ وَلَوۡ أَرَىٰكَهُمۡ كَثِيرٗا لَّفَشِلۡتُمۡ وَلَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Ey Peyğəmbər! Allah yuxun­da müşrikləri sə­nə, onların sizdən sayca az olduqlarını göstərib, sən də möminlərə bu yuxunu xəbər verməyin, onlar da bu müjdə ilə sevinib, özlərində düşmənlə qarşı-qarşıya gəlməyə cəsarət tapmaları, Allahın sənə və möminlərə əta etdiyi nemətlərdən biri olduğunu yadına sal. Əgər Allah sənə yuxuda on­­la­rın sizdən çox olduqlarını gös­tərsəydi, bu zaman əshabın düşmənlə qarşı-qarşıya gəlməkdən ruh­dan dü­şər­ və onlarla döyüşməkdən qorxardılar. Lakin Allah sizi bundan qoruyaraq, sizi bu uğursuzluqdan xilas etdi və beləliklə də onların sayını peyğəmbərinin (sallallahu aleyhi və səlləm) gözündə az sayda olduqlarını göstərdi. Şübhəsiz ki, O, qəlblərdə olub, gizli qalarları bilir! info
التفاسير:

external-link copy
44 : 8

وَإِذۡ يُرِيكُمُوهُمۡ إِذِ ٱلۡتَقَيۡتُمۡ فِيٓ أَعۡيُنِكُمۡ قَلِيلٗا وَيُقَلِّلُكُمۡ فِيٓ أَعۡيُنِهِمۡ لِيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗاۗ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ

Ey Möminlər! Yadınıza salın ki, o vaxt müşriklərlə qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onların sayını si­zin gö­zü­nüzə az göstərərək sizi düşmənlə döyüşməyə cəsarətli etdi. Sizin də sayınızı onların gözündə azalt­dı ki, sizinlə qarşılaşdıqda geriyə dönüb qaçmaq barədə düşünüb döyüşə girməkdən çəkinməsinlər. Bununla Allah olacaq işi ye­rinə yetirdi və möminlərə müşrikləri qətlə yetirib əsir götürməklə intiqam almaq və düşmən üzərində zəfər çalmaq nemətini bəxş etdi. Bü­tün iş­lərin sonu yalnız tək olan Allaha qayıdır. Allah, pislik edənin, etdiyi pisliyinə görə cəzasını, yaxşılıq edənin də, etdiyi yaxşılığa görə mükafatını verəcəkdir. info
التفاسير:

external-link copy
45 : 8

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمۡ فِئَةٗ فَٱثۡبُتُواْ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ

Ey Allaha iman gətirib Onun Rəsuluna tabe olan kimsələr! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möh­kəm durun, onlardan qorxmayın, Allahı çox yad edib Ona çox dua edin. Həqiqətən Allah sizi istədiyinizə müvəffəq edib qorxduğunuz şeydən salamat etmək üçün sizə düşməniniz üzərində qələbə nəsib etməyə qadirdir. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الغنائم لله يجعلها حيث شاء بالكيفية التي يريد، فليس لأحد شأن في ذلك.
• Qənimətlər Allaha məxsusdur. O, qənimətləri istədiyi kimi, istədiyi şəkildə bölmüşdür. Bu bölgüyə kimsə müdaxilə edə bilməz. info

• من أسباب النصر تدبير الله للمؤمنين بما يعينهم على النصر، والصبر والثبات والإكثار من ذكر الله.
• Möminlərin qələbə çalmaları üçün Allahın tədbir görməsi, səbir nümayiş etdirib səbat göstərmək, Allahı çox yada salmaq düşmən üzərində qələbə çalmaq səbəblərindəndir. info

• قضاء الله نافذ وحكمته بالغة وهي الخير لعباد الله وللأمة كلها.
• Allahın qəza-qədəri haqq, böyük hikməti isə bəndələrinə və bütün ümmətə xeyirlidir. info