ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
20 : 75

كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ

Bu iş heç də sizin dirilməyəcəyinizi iddia etdiyiniz kimi deyil. Hərçənd siz bilirsiniz ki, sizi heç nədən yaratmağa qadir olan Allah, siz öldükdən sonra sizi diriltməyə aciz deyil, lakin sizin dirilməni təkzib etnizin səbəbi sizin tez ötüb keçən dünya həyatını sevməyinizdir. info
التفاسير:

external-link copy
21 : 75

وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ

Eləcə də, axirət həyatını tərk etməyinizdir. O axirət həyatı ki, ona tərəf aparan yolu tutub getmək üçün, Allahın sizə buyurduqlarına itaət etməli və qadağan etdiyi haramları tərk etməlisiniz. info
التفاسير:

external-link copy
22 : 75

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ

O gün iman və səadət əhlinin üzləri nur saçaraq parlayacaq. info
التفاسير:

external-link copy
23 : 75

إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ

Rəbbinə baxıb ondan zövq alacaqdır. info
التفاسير:

external-link copy
24 : 75

وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ

O gün küfr əhlinin və bədbəxtlərin üzləri tutulub qaralacaq. info
التفاسير:

external-link copy
25 : 75

تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ

Onlara böyük bir müsibətin və ağrılı-acılı əzabın üz verdiyini yəqinliklə edəcəklər. info
التفاسير:

external-link copy
26 : 75

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ

Bu iş heç də müşriklərin təsəvvür etdiyi kimi deyil ki, onlar öldükdən sonra artıq əzaba düçar olmayacaqlar. Elə ki ruh körpücük sümüklərinə yetişəcək, info
التفاسير:

external-link copy
27 : 75

وَقِيلَ مَنۡۜ رَاقٖ

İnsanların bəzisi digərlərinə deyəcək: "Kim onu dua ilə müalicə edə bilər, bəlkə şəfa tapdı?!" info
التفاسير:

external-link copy
28 : 75

وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ

Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcək. info
التفاسير:

external-link copy
29 : 75

وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ

Dünya həyatının sonunda və axirət həyatının da başlanğıcında müsibətlər bir araya gələcək. info
التفاسير:

external-link copy
30 : 75

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ

Bütün bunlar baş verdiyi zaman hər bir ölmüş kimsə Rəbbinin hüzuruna gətiriləcəkdir. info
التفاسير:

external-link copy
31 : 75

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

Kafir kimsə nə öz peyğəmbərinin gətirdiyi risaləti təsdiq etdi, nə də pak və müqəddəs Allah üçün namaz qıldı. info
التفاسير:

external-link copy
32 : 75

وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ

Lakin o, peyğəmbərinin gətirdiyini yalan saydı və ondan üz çevirdi. info
التفاسير:

external-link copy
33 : 75

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ

Sonra bu kafir təkəbbürlüyündən özünü darta-darta əhli-əyalının yanına getdi. info
التفاسير:

external-link copy
34 : 75

أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ

Uca Allah, kafir kimsəyə ona veriləcək əzabın artıq ona layiq görülməsi və ona yaxınlaşması barədə vəd etmişdir. info
التفاسير:

external-link copy
35 : 75

ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ

Sonra təkid edərək o cümləni təkrar edib buyurur: ﴾Yenə də vay sənin halına, vay!﴿. info
التفاسير:

external-link copy
36 : 75

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى

Yoxsa insan Allahın onu başlı-başına buraxacağını və onun öhdəsinə şəriət qanunu qoymayacağını güman edir? info
التفاسير:

external-link copy
37 : 75

أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ

Məgər o insan vaxtı ilə ana bətninə axıdılan bir damla nütfə deyildimi? info
التفاسير:

external-link copy
38 : 75

ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ

Sonra o, laxtalanmış qan oldu. Sonra Allah onu yaradıb kamil bir görkəmə saldı. info
التفاسير:

external-link copy
39 : 75

فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ

Sonra ondan da bir cüt: kişi və qadın yaratdı. info
التفاسير:

external-link copy
40 : 75

أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ

Məgər insanı nütfədən, sonra da qan laxtasından yaradan Allah, ölüləri haqq-hesaba çəkilmək və etdikləri əmllərin əvəzini vermək üçün yenidən diriltməyə qadir deyilmi?! Əlbəttə ki, O, qadirdir. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
Dünyanı sevməyin və axirətdən üz çevirməyin təhlükəsi. info

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
İnsanın ixtiyar sahibi olmasının isbatı. Bu da, Allahın ona göstərdiyi ehtiramdır. info

• النظر لوجه الله الكريم من أعظم النعيم.
Allahın möhtərəm üzünə baxmağın ən böyük nemətlərdən olması. info