ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
10 : 5

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ

Allahı inkar edib, ayələrini ya­lan sa­yanlara gəlincə, məhz onlar küfür etdiklərinə və yalan saydıqlarına görə cəza olaraq daxil olacaqları Cəhənnəm sa­kin­­­ləridirlər. Yoldaş yoldaşından ayrılmadığı kimi onlardan Cəhənnəmdən ayrılmayacaqlıar. info
التفاسير:

external-link copy
11 : 5

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

Ey iman gətirənlər! Alla­­hın sizə bəxş etdiyi əmin-amanlıq və düşmənlərinizin (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizi məhv etmək üçün əllərini sizə uzatdıqları zaman onların qəlblərinə qorxu salıb, onların hiyləsini sizdən uzaqlaşdırıb və sizi onların şərindən qoruduğumuz nemətini qəlbləriniz və dillərinizlə xatırla­yın. Allah­­ın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qor­xun! Qoy mö­min­lər dini və dünyavi mənfəətlərini əldə etmə üçün tək Allaha etimad etsinlər! info
التفاسير:

external-link copy
12 : 5

۞ وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ

Allah İsrail oğullarındanş qabaqda bu haqda daha ətraflı danışılacaq möhkəm əhd a­la­mışdı. Biz onlara on iki başçı təyin etdik. Bu başçıların hər biri, öz öhdəliyində olanlardan cavabdeh idi. Allah İsrail oğullarına demişdi: "Mən Öz köməyim və yardımımla sizinləyəm. Əgər namazı kamil şəkildə qılsa­nız, mallarınızın zəkatın versə­niz, bütün peyğəmbərlərimə onlar arasında heç bir fərq qoymadan iman gətirib on­la­ra ehtiram edib, dəstəklə­sə­niz və mallarınızı xeyirli işlərdə sərf etsəniz, əgər siz bütün bunları etsəniz, etdiyiniz günahları bağışlayar və qiyamət günü sizi qəsirləri al­tından çay­lar axan cən­nətlərə daxil edərəm. Bu möhkəm əhdi aldıqdan sonra kim küfr edərsə, artıq doğru yoldan bilərəkdən və qəsdən üz çevirmiş olar". info
التفاسير:

external-link copy
13 : 5

فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ لَعَنَّٰهُمۡ وَجَعَلۡنَا قُلُوبَهُمۡ قَٰسِيَةٗۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٖ مِّنۡهُمۡ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱصۡفَحۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ

İsrail oğullarından aldığımız əh­di poz­duqları səbəbindən, Biz on­­ları Öz rəhmətimizdən qovduq və qəlblərini ora heç bir xeyirin və öyüd-nəsihətin fayda verməyəcəyi dərəcədə sərt­ləş­dir­dik. Onlar sözlərin yerlərini dəyişməklə və ayələrin mənalarını öz havalarına uyğun yozaraqla kəlmə­lə­ri təhrif edirlər və özlərinə öyrə­dilmiş şeylərin bəzilərinə əməl etmədilər. Ey Peyğəmbər! Onlardan aldığımız əhdə sadiq olan az bir qismi istisna olmaqla, sən onlardan daim Allaha və Allahın mömin qullarına xəyanət görəcəksən. On­ları əfv et, onlara əzab vermə və təqsirlərin­dən keç. Çünki bu özüdə bir yaxşılıqdır, şübhəsiz ki, Allah yax­şılıq edənləri sevir! info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من عظيم إنعام الله عز وجل على النبي عليه الصلاة والسلام وأصحابه أن حماهم وكف عنهم أيدي أهل الكفر وضررهم.
• İzzət və Cəlal sahibi olan Allahın, peyğəmbəri - sallallahu aleyhi və səlləm - və onun əshabını kafirlərin şərinidən qoruyub, hifz etməsi, Onun peyğəmbərə - sallallahu aleyhi və səlləm - və səhabələrinə olan ən böyük nemətidir. info

• أن الإيمان بالرسل ونصرتهم وإقامة الصلاة وإيتاء الزكاة على الوجه المطلوب، سببٌ عظيم لحصول معية الله تعالى وحدوث أسباب النصرة والتمكين والمغفرة ودخول الجنة.
• Rəsullaha iman etmək, onları dəstəkləmək, namaz qılmaq, lazımı şəkildə zəkat vermək, Uca Allahla birgə olmaq, yer üzündə bərqərar olmaq, bağışlanmaq və sonda isə cənnətə daxil olmaq üçün ən başlıca səbəbdir. info

• نقض المواثيق الملزمة بطاعة الرسل سبب لغلظة القلوب وقساوتها.
• Rəsullara itaət etmək üçün bağlanılmış əhdləri pozmaq qəlblərin daşlanmasına səbəbdir. info

• ذم مسالك اليهود في تحريف ما أنزل الله إليهم من كتب سماوية.
• Yəhudilərin səmavi kitablarda Allahın onlara nazil etdiyini təhrif etmələrinin məzəmmət olunması. info