ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫

external-link copy
29 : 46

وَإِذۡ صَرَفۡنَآ إِلَيۡكَ نَفَرٗا مِّنَ ٱلۡجِنِّ يَسۡتَمِعُونَ ٱلۡقُرۡءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓاْ أَنصِتُواْۖ فَلَمَّا قُضِيَ وَلَّوۡاْ إِلَىٰ قَوۡمِهِم مُّنذِرِينَ

Ey Peyğəmbər! Xatırla ki, bir zaman bir dəstə cini sənə nazil edilən Quranı dinləmək üçün sənin ya­nı­na göndərdik. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Sakit durun ki, qulaq asaq!” – dedilər. Rəsulullah (səllallahu aleyhi və səlləm) oxuduğu ayələri bitirdikdən sonra onlar öz qövmlərinin yanına qayıtdılar ki, bu Qurana iman gətirməyənlərin (əzaba düçar olacaqları barədə) onları xəbərdar etsinlər. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من حسن الأدب الاستماع إلى المتكلم والإنصات له.
Danışan insanı sakit duraraq dinləmək gözəl ədəbdəndir. info

• سرعة استجابة المهتدين من الجنّ إلى الحق رسالة ترغيب إلى الإنس.
Doğru yola gəlmiş cinlərin tez bir zamanda haqqı qəbul etməsi, insanları buna rəğbətləndirmək üçün bir mesajdır. info

• الاستجابة إلى الحق تقتضي المسارعة في الدعوة إليه.
Haqqı qəbul etmək, dərhal (başqalarını da) ona dəvət etməyi tələb edir. info

• الصبر خلق الأنبياء عليهم السلام.
Səbir peyğəmbərlərin (aleyhimussəlam) əxlaqıdır. info