ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
33 : 45

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onların dünyada ikən etdikləri pis əməl­lər - küfr və asiliklər özlərinə göstəriləcək və onlara xəbərdarlıq edilərkən isteh­za etdik­ləri əzab onları haqlayacaqdır. info
التفاسير:

external-link copy
34 : 45

وَقِيلَ ٱلۡيَوۡمَ نَنسَىٰكُمۡ كَمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ

Allah onlara deyəcək: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz, iman gətirib yaxşı işlər görməklə o gün üçün tədarük görmədiyiniz kimi, Biz də bu gün sizi Cəhənnəm odunda tərk edəcəyik. Si­zin qərar tutmaq üçün gedəcəyiniz yer Cəhən­nəm­dir. Allahın əzabını sizdən dəf edəcək köməkçiləriniz də ol­maya­caq­dır. info
التفاسير:

external-link copy
35 : 45

ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗا وَغَرَّتۡكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ لَا يُخۡرَجُونَ مِنۡهَا وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ

Sizə verilən bu əzab, Allahın ayələrinə lağ edib onları məsxərəyə qoyur­du­nuz və dünya həyatının ləzzət və şəhvətlərinə aldandığınıza görədir”. Bu gün, Allahın ayələrinə istehza edən o kafirlər Cəhənnəmdən çıxa­rıl­ma­ya­caq, əksinə onlar, əbədi olaraq orada qalacaqlar və dünya həyatına da qayıtmayacaqlar ki, yaxşı işlər görsünlər, beləliklə də, Rəbbi onlardan razı qalsın. info
التفاسير:

external-link copy
36 : 45

فَلِلَّهِ ٱلۡحَمۡدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَٰلَمِينَ

Həmd yalnız göylərin Rəbbi, yerin Rəbbi və bütün məxluqatın Rəbbi olan Allaha məxsusdur! info
التفاسير:

external-link copy
37 : 45

وَلَهُ ٱلۡكِبۡرِيَآءُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir. Heç kəs Ona üstün gələ bilməz. O, yaratmaq, qədəri yazmaq, işləri idarə etmək və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibidir. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الاستهزاء بآيات الله كفر.
Allahın ayələrinə istehza etmək küfrdür. info

• خطر الاغترار بلذات الدنيا وشهواتها.
Dünyanın ləzzətlərinə və şəhvətlərinə aldanmağın təhlükəsi. info

• ثبوت صفة الكبرياء لله تعالى.
Uca Allahın təkəbbürlük sifətinin isbatı. info

• إجابة الدعاء من أظهر أدلة وجود الله سبحانه وتعالى واستحقاقه العبادة.
Duanın qəbul olması Uca və Nöqsansız Allahın varlığını və Onun ibadətə layiq məbud olduğunu sübut edən ən aydın dəlillərdən biridir. info