ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
8 : 34

أَفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةُۢۗ بَلِ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ فِي ٱلۡعَذَابِ وَٱلضَّلَٰلِ ٱلۡبَعِيدِ

Onlar dedilər: "Görəsən, bu adam Allahın əleyhinə yalan uydurub bizim öldükdən sonra diriləcəyimizi iddia edir, yoxsa o dəli olub, boş-boş danışıb sərsəmləyir?” Xeyr, bu heç də onların dediyi kimi deyil, əksinə, həqiqətə budur ki, axirətə inanmayanlar qiyamət günü şiddətli əzaba düçar olacaqlar, üstəlik, bu dünyada onlar haqdan uzaq bir azğınlıq içindədirlər. info
التفاسير:

external-link copy
9 : 34

أَفَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِن نَّشَأۡ نَخۡسِفۡ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ نُسۡقِطۡ عَلَيۡهِمۡ كِسَفٗا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّكُلِّ عَبۡدٖ مُّنِيبٖ

Məgər öldükdən sonra yenidən dirilməyi yalan sayan o kimsələr qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər Biz onların ayaqları altındakı yeri batırmaq istəsək, onu batırar, yaxud göyün bir parçasını onların başına salmaq istəsək, salarıq. Şübhəsiz ki, bunda, Rəbbinə çox itaət edib bunun sayəsində Allahın qüdrətinə arxayın olan hər bir qul üçün qəti əlamət vardır. Belə ki, onları torpaqdan yaratmağa qadir olan Allah, onlar ölüb getdikdən və cəsədlərinin parça-parça olduqdan sonra yenidən onları diriltməyə də qadirdir. info
التفاسير:

external-link copy
10 : 34

۞ وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ مِنَّا فَضۡلٗاۖ يَٰجِبَالُ أَوِّبِي مَعَهُۥ وَٱلطَّيۡرَۖ وَأَلَنَّا لَهُ ٱلۡحَدِيدَ

Biz Davuda -Aleyhissəlam- Öz tərəfimizdən peyğəmbərlik və mülk bəxş etdik, sonra da dağlara belə buyur­duq: “Ey dağlar, Davudla birlikdə Allahın şəninə təriflər de­yin!”. Quşlara da eyni ilə əmr etdik. Biz dəmi­ri onun üçün yumşaltdıq ki, ondan istədiyi alətləri düzəltsin.
info
التفاسير:

external-link copy
11 : 34

أَنِ ٱعۡمَلۡ سَٰبِغَٰتٖ وَقَدِّرۡ فِي ٱلسَّرۡدِۖ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

Sonra buyurduq: “Ey Davud, düşmənlərinin sənə xəsarət yetirməsindən qorunmaq üçün geniş zirehlər düzəlt və halqaları toxu­duq­da mismarları halqalara uyğun et, nazik etmə ki, yerindən oynamasın, həmçinin, onları qalın da etmə ki, mismarlar ona keçə bilsin. Yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm, sizin əməllərinizdən heç bir şey Məndən gizli qalamaz və Mən sizə əməllərinizin əvəzini verəcəyəm.” info
التفاسير:

external-link copy
12 : 34

وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهۡرٞ وَرَوَاحُهَا شَهۡرٞۖ وَأَسَلۡنَا لَهُۥ عَيۡنَ ٱلۡقِطۡرِۖ وَمِنَ ٱلۡجِنِّ مَن يَعۡمَلُ بَيۡنَ يَدَيۡهِ بِإِذۡنِ رَبِّهِۦۖ وَمَن يَزِغۡ مِنۡهُمۡ عَنۡ أَمۡرِنَا نُذِقۡهُ مِنۡ عَذَابِ ٱلسَّعِيرِ

Səhər bir aylıq məsafəni qət edən, axşam ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi Davudun oğlu Süleymana (aleyhissəlam) ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq ki, misdən istədiyi şeyləri düzəltsin. Cinlərin bir qismini ona ram etdik ki, Rəbbinin əmri ilə onun hüzurunda işləyirdi. O cinlərdən hansı biri Bizim ona buyurduğumuzu yerinə yetirmirdisə, ona Cə­hən­nəm odunun əzabından daddırırdıq. info
التفاسير:

external-link copy
13 : 34

يَعۡمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٖ كَٱلۡجَوَابِ وَقُدُورٖ رَّاسِيَٰتٍۚ ٱعۡمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكۡرٗاۚ وَقَلِيلٞ مِّنۡ عِبَادِيَ ٱلشَّكُورُ

O cinlər Süleyman üçün istə­diyi ibadətgahlar, qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qazan­lar dü­zəl­dir­di­lər. Biz onlara belə buyurduq: Ey Davud ailəsi, Allahın sizə verdiyi nemətlərə şükür etmək üçün yaxşı işlər görün. Verdiyim nemətlərə görə qullarımdan şükür edənlər azdır. info
التفاسير:

external-link copy
14 : 34

فَلَمَّا قَضَيۡنَا عَلَيۡهِ ٱلۡمَوۡتَ مَا دَلَّهُمۡ عَلَىٰ مَوۡتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلۡأَرۡضِ تَأۡكُلُ مِنسَأَتَهُۥۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلۡجِنُّ أَن لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ٱلۡغَيۡبَ مَا لَبِثُواْ فِي ٱلۡعَذَابِ ٱلۡمُهِينِ

Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə onun söykəndiyi əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, onlar qeybi bilmirlər. Əgər qeybi bil­səy­­dilər, alçal­dıcı əza­b içində qalmazdı­lar. Belə ki, həmin vaxt onlar Süleyman (aleyhissəlam) üçün ağır işlər görür və onun sağ olduğunu, onlara nəzarət etdiyini güman edirdilər. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تكريم الله لنبيه داود بالنبوة والملك، وبتسخير الجبال والطير يسبحن بتسبيحه، وإلانة الحديد له.
Allahın Davuda (aleyhissəlam) peyğəmbərlik və mülk bəxş etməsi. Belə ki, Allah dağları və quşları ona ram etmişdi, onlar Davudla birlikdə Allaha təriflər deyirdi, üstəlik, dəmiri də onun üçün yumşaltmışdı. info

• تكريم الله لنبيه سليمان عليه السلام بالنبوة والملك.
Allahın Süleymana (aleyhissəlam) peyğəmbərlik və mülk bəxş etməsi. info

• اقتضاء النعم لشكر الله عليها.
Verilən nemətlərə görə Allaha şükür etməyin vacibliyi. info

• اختصاص الله بعلم الغيب، فلا أساس لما يُدَّعى من أن للجن أو غيرهم اطلاعًا على الغيب.
Qeyb elminin yalnız Allaha məxsus olması. Cinlərin və ya başqalarının qeybi bilməsini iddia etməyə heç bir əsas yoxdur. info