पवित्र कुरअानको अर्थको अनुवाद - अजरबैजानी भाषामा अनुवाद - अली खान मुसायिफ

əl-Beyyinə

external-link copy
1 : 98

لَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ

Kitab əhlindən və müşriklərdən kafir olanlar özlərinə açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər. info
التفاسير:

external-link copy
2 : 98

رَسُولٞ مِّنَ ٱللَّهِ يَتۡلُواْ صُحُفٗا مُّطَهَّرَةٗ

(Bu dəlil) pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir (Muhamməddir). info
التفاسير:

external-link copy
3 : 98

فِيهَا كُتُبٞ قَيِّمَةٞ

O səhifələrdə doğru yazılar (hökmlər) vardır. info
التفاسير:

external-link copy
4 : 98

وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَةُ

Kitab verilənlər özlərinə yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər. info
التفاسير:

external-link copy
5 : 98

وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ

Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Doğru din də elə budur! info
التفاسير:

external-link copy
6 : 98

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآۚ أُوْلَٰٓئِكَ هُمۡ شَرُّ ٱلۡبَرِيَّةِ

Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər. info
التفاسير:

external-link copy
7 : 98

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ

İman gətirib saleh əməllər edənlərə gəlincə isə onlar məxluqatın ən xeyirliləridirlər. info
التفاسير:

external-link copy
8 : 98

جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ

Onların Rəbbinin yanındakı mükafatı (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələr üçündür! info
التفاسير: