पवित्र कुरअानको अर्थको अनुवाद - अजरबैजानी भाषामा अनुवाद - अली खान मुसायिफ

əl-İnfitar

external-link copy
1 : 82

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ

Göy parçalanacağı zaman; info
التفاسير:

external-link copy
2 : 82

وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ

ulduzlar səpələnəcəyi zaman; info
التفاسير:

external-link copy
3 : 82

وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ

dənizlər daşıb bir-birinə qarışacağı zaman; info
التفاسير:

external-link copy
4 : 82

وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ

qəbirlər çevriləcəyi zaman; info
التفاسير:

external-link copy
5 : 82

عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ

hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir. info
التفاسير:

external-link copy
6 : 82

يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ

Ey insan! Kərim olan Rəbbinə qarşı səni aldadan nədir? info
التفاسير:

external-link copy
7 : 82

ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ

O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. info
التفاسير:

external-link copy
8 : 82

فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ

Səni istədiyi şəklə saldı. info
التفاسير:

external-link copy
9 : 82

كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ

Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz! info
التفاسير:

external-link copy
10 : 82

وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ

Sizin üzərinizdə nəzarətçilər vardır. info
التفاسير:

external-link copy
11 : 82

كِرَامٗا كَٰتِبِينَ

Hörmətli (əməllərinizi) yazan mələklər. info
التفاسير:

external-link copy
12 : 82

يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ

Onlar sizin nə etdiklərinizi bilirlər. info
التفاسير:

external-link copy
13 : 82

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ

Həqiqətən, yaxşılar nemət içində olacaqlar. info
التفاسير:

external-link copy
14 : 82

وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ

Günahkarlar isə Cəhənnəmdə olacaqlar. info
التفاسير:

external-link copy
15 : 82

يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ

Onlar ora Din (hesab) günü girəcəklər. info
التفاسير:

external-link copy
16 : 82

وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ

Onlar oradan çıxa bilməyəcəklər. info
التفاسير:

external-link copy
17 : 82

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ

(Ey Peyğəmbər!) Sən nə biləydin ki, Din günü nədir? info
التفاسير:

external-link copy
18 : 82

ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ

Sonra sən nə biləydin ki, Din günü nədir? info
التفاسير:

external-link copy
19 : 82

يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ

O gün heç kəs heç kəsə heç bir fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaqdır! info
التفاسير: