पवित्र कुरअानको अर्थको अनुवाद - अजरबैजानी भाषामा अनुवाद - अली खान मुसायिफ

رقم الصفحة:close

external-link copy
23 : 42

ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ

Bu, Allahın iman gətirib saleh əməllər edən qullarına verdiyi müjdədir. (Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (dini təbliğ etməyimin) əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir. info
التفاسير:

external-link copy
24 : 42

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Yoxsa onlar (sənin barəndə): “O, Allaha qarşı yalan uydurdu”– deyirlər?! Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili silib yox edər və haqqı (Qurandan nazil etdiyi) sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, sinələrdə (qəlblərdə) olanları biləndir. info
التفاسير:

external-link copy
25 : 42

وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ

O, qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi biləndir. info
التفاسير:

external-link copy
26 : 42

وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ

O, iman gətirib saleh əməllər edənlərin duasını qəbul edər və lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab vardır. info
التفاسير:

external-link copy
27 : 42

۞ وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ

Əgər Allah qullarına bol bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, (ruzini) istədiyi qədər göndərir. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir. info
التفاسير:

external-link copy
28 : 42

وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ

(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir. info
التفاسير:

external-link copy
29 : 42

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ

Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılması Onun (vəhdaniyyətinin və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları toplamağa qadirdir. info
التفاسير:

external-link copy
30 : 42

وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ

Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır. (Allah günahların) çoxunu bağışlayır. info
التفاسير:

external-link copy
31 : 42

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ

Siz yer üzündə (Allahdan) yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz. info
التفاسير: