पवित्र कुरअानको अर्थको अनुवाद - अजरबैजानी भाषामा अनुवाद - अली खान मुसायिफ

رقم الصفحة:close

external-link copy
71 : 3

يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَلۡبِسُونَ ٱلۡحَقَّ بِٱلۡبَٰطِلِ وَتَكۡتُمُونَ ٱلۡحَقَّ وَأَنتُمۡ تَعۡلَمُونَ

Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz? info
التفاسير:

external-link copy
72 : 3

وَقَالَت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ ءَامِنُواْ بِٱلَّذِيٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَجۡهَ ٱلنَّهَارِ وَٱكۡفُرُوٓاْ ءَاخِرَهُۥ لَعَلَّهُمۡ يَرۡجِعُونَ

Kitab əhlindən bir zümrə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə (onu) inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr. info
التفاسير:

external-link copy
73 : 3

وَلَا تُؤۡمِنُوٓاْ إِلَّا لِمَن تَبِعَ دِينَكُمۡ قُلۡ إِنَّ ٱلۡهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤۡتَىٰٓ أَحَدٞ مِّثۡلَ مَآ أُوتِيتُمۡ أَوۡ يُحَآجُّوكُمۡ عِندَ رَبِّكُمۡۗ قُلۡ إِنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ

Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Allahın yoludur!” Onlar yenə (bir-birilərinə) dedilər: “Sizə verilənin bənzərinin başqa bir kimsəyə verildiyinə və ya Rəbbiniz yanında (müsəlmanların) sizə dəlil gətirəcəyinə inanmayın.” De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allahın lütfü genişdir, O (hər şeyi) biləndir”. info
التفاسير:

external-link copy
74 : 3

يَخۡتَصُّ بِرَحۡمَتِهِۦ مَن يَشَآءُۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ

(Allah) Öz mərhəmətini istədiyi kəsə məxsus edər. Allah böyük lütf sahibidir. info
التفاسير:

external-link copy
75 : 3

۞ وَمِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مَنۡ إِن تَأۡمَنۡهُ بِقِنطَارٖ يُؤَدِّهِۦٓ إِلَيۡكَ وَمِنۡهُم مَّنۡ إِن تَأۡمَنۡهُ بِدِينَارٖ لَّا يُؤَدِّهِۦٓ إِلَيۡكَ إِلَّا مَا دُمۡتَ عَلَيۡهِ قَآئِمٗاۗ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَيۡسَ عَلَيۡنَا فِي ٱلۡأُمِّيِّـۧنَ سَبِيلٞ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ

Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal) əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Ümmilərdən (cahil ərəblərdən) ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər. info
التفاسير:

external-link copy
76 : 3

بَلَىٰۚ مَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ

Xeyr! Kim əhdini yerinə yetirsə və (Allahdan) qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər. info
التفاسير:

external-link copy
77 : 3

إِنَّ ٱلَّذِينَ يَشۡتَرُونَ بِعَهۡدِ ٱللَّهِ وَأَيۡمَٰنِهِمۡ ثَمَنٗا قَلِيلًا أُوْلَٰٓئِكَ لَا خَلَٰقَ لَهُمۡ فِي ٱلۡأٓخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيۡهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ

Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. info
التفاسير: