पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद ।

əl-Ələq

सूरहका अभिप्रायहरूमध्ये:
الإنسان بين هدايته بالوحي وضلاله بالاستكبار والجهل.
İnsan vəhy sayəsində doğru yola yönəlməklə, təkəbbür və cahillik sayəsində zəlalətə uğramaq arasındadır. info

external-link copy
1 : 96

ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ

Ey Peyğəmbər! Bütün məxluqatı yaradan Rəbbinin adı ilə başlayaraq Allahın sənə vəhy etdiyini oxu! info
التفاسير:

external-link copy
2 : 96

خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ

O, insanı əvvəli nütfə olmuş qan laxtasından yaratdı. info
التفاسير:

external-link copy
3 : 96

ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ

Ey Peyğəmbər! Allahın sənə vəhy etdiyini oxu! Sənin Rəbbin ən səxavətlidir. Heç bir səxavətli ona bərabər ola bilməz. O, olduqca səxavətli və çox yaxşılıq edəndir. info
التفاسير:

external-link copy
4 : 96

ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ

O, qələmlə xətt çəkməyi və yazmağı öyrətdi. info
التفاسير:

external-link copy
5 : 96

عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ

İnsana onun bilmədiklərini öyrətdi. info
التفاسير:

external-link copy
6 : 96

كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ

Bəli, Əbu Cəhl kimi günahkar insan, həqiqətən də, Allahın hüdudlarını pozaraq həddini aşan bir kimsədir – info
التفاسير:

external-link copy
7 : 96

أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ

Var-dövləti və ad-sanı sayəsində özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. info
التفاسير:

external-link copy
8 : 96

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ

Ey insan! Qiyamət günü sən Rəbbinin hüzuruna qaytarılacaqsan, o da hər kəsə layiq olan əvəzi (mükafat və ya cəza) verəcəkdir. info
التفاسير:

external-link copy
9 : 96

أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ

Mane olmağa çalışan Əbu Cəhlni etdiyindən də daha pis iş tutan bir şey gördünmü – info
التفاسير:

external-link copy
10 : 96

عَبۡدًا إِذَا صَلَّىٰٓ

Kəbənin yanında namaz qılan qulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm). info
التفاسير:

external-link copy
11 : 96

أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ

Söylə görək, əgər o qulumuz Rəbbinin göstərdiyi haqq yoldadırsa, onda necə?! info
التفاسير:

external-link copy
12 : 96

أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ

Yaxud insanlara Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinərək Allahdan qorxmağı əmr edirsə, onda necə?! Məgər belə insanın namaz qılmağına maneçilik törətmək olarmı?! info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• رضا الله هو المقصد الأسمى.
Uca Allahın Öz peyğəmbərinin -səllallahu aleyhi və səlləm- zikrini ucaltmaqla ona ehtiram göstərməsi. info

• أهمية القراءة والكتابة في الإسلام.
Allahın rizasını qazanmaq ən ali məqsəddir. info

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
İslam dinində oxumağın və yazmağın əhməiyyətli olması. info

• النهي عن المعروف صفة من صفات الكفر.
Təkəbbürlü olmağa və haqq yoldan sapmağa gətirib çıxaran zənginliyin təhlükəsi. info

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
Yaxşı işlər görməyi qadağan etmək kafirlərin xislətlərindəndir. info