पवित्र कुरअानको अर्थको अनुवाद - पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अजरबैजानी भाषामा अनुवाद ।

external-link copy
61 : 19

جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيّٗا

Bu, Rəhmanın saleh qullarına gör­mədikləri halda girəcəklərinə dair vəd etdiyi və içərisində əbədi qalacaqları Cənnətlərdir. Onlar bu Cənnətləri görmədikləri bir halda buna iman etdilər. Allahın Cənnəti vəd etməsi -bu sizə qeyb də olsa belə- onun gəlməsi haqqdır və barədə heç bir şəkk-şübhə yoxdur. info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• حاجة الداعية دومًا إلى أنصار يساعدونه في دعوته.
• Hər bir dəvətçinin, dəvətində ona yardımçı olacaq kimsələrə hər zaman ehtiyacı vardır. info

• إثبات صفة الكلام لله تعالى.
• Yuxarıda qeyd edilən ayələrdə Uca Allahın kəlam sifəti isbat edilmişdir. info

• صدق الوعد محمود، وهو من خلق النبيين والمرسلين، وضده وهو الخُلْف مذموم.
• Vədə əməl etmək təriflənən bir sifətdir. Bu, peyğəmbərlərin və elçilərin əxlaqıdır. Bunun ziddi olan, vədə əməl etməmək isə məzəmmət olunan, pis bir əxlaqdır. info

• إن الملائكة رسل الله بالوحي لا تنزل على أحد من الأنبياء والرسل من البشر إلا بأمر الله.
• Mələklər Uca Allahın vəhy daşıyan elçiləridir. Onlar, bəşər övladından olan peyğəmbərlərə və elçilərə Allahın əmr olmadan nazil olmazlar. info