വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അസർബൈജാനീ വിവർത്തനം - അലി ഖാൻ മൂസായീഫ്

əl-Hucurat

external-link copy
1 : 49

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُقَدِّمُواْ بَيۡنَ يَدَيِ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ

Ey iman gətirənlər! (Heç bir işdə) Allahın və Onun rəsulunu qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir. info
التفاسير:

external-link copy
2 : 49

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz batil olar. info
التفاسير:

external-link copy
3 : 49

إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصۡوَٰتَهُمۡ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱمۡتَحَنَ ٱللَّهُ قُلُوبَهُمۡ لِلتَّقۡوَىٰۚ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٌ

Allahın rəsulu yanında səslərini asta çıxaranlar, Allahın qəlblərini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır. info
التفاسير:

external-link copy
4 : 49

إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلۡحُجُرَٰتِ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ

(Ey Peyğəmbər!) Şübhəsiz ki, səni hücrələrin arxasından səsləyənlərin (bədəvilərin) əksəriyyəti (nə etdiklərini) anlamır. info
التفاسير: