വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം).

പേജ് നമ്പർ:close

external-link copy
13 : 96

أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ

De görək, əgər namaz qılmağı qadağan edən bu kimsə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətirdiyini yalan sayıb ondan üz döndəribsə, onda necə?! Məgər o, Allahdan qorxurmur?! info
التفاسير:

external-link copy
14 : 96

أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ

Qulumuzun namaz qılmağına mane olan bu kimsə bilmir ki, Allah onun nə etdiyini görür, onun etdiklərindən heç bir şey Allaha gizli qalmaz?! info
التفاسير:

external-link copy
15 : 96

كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ

Bu iş heç də bu cahil insanın təsəvvür etdiyi kimi deyil. Əgər o, qulumuza əziyyət verməyinə və onu yalançı saymağına son qoymasa, Biz onun kəkilindən tutub atəşə sürükləyəcəyik. info
التفاسير:

external-link copy
16 : 96

نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ

O kəkilin sahibi, sözündə yalançı, əməlində də xatakar olan birisidir. info
التفاسير:

external-link copy
17 : 96

فَلۡيَدۡعُ نَادِيَهُۥ

Qoy o, kəkilindən götürülüb atəşə sürüklənərkən öz dostlarını və məclisində olan kimsələri çağırıb onlardan kömək diləsin ki, onu əzabdan qurtarsınlar. info
التفاسير:

external-link copy
18 : 96

سَنَدۡعُ ٱلزَّبَانِيَةَ

Biz də, Allahın verdiyi əmrlərə heç vaxt asi olmayan və özlərinə buyurulanları yerinə yetirən amansız mələklərdən olan Cəhənnəm gözətçilərini çağıracağıq. Qoy baxıb görsün, bu iki tərəfdarların hansı bir daha güclü və daha qüdrətlidir. info
التفاسير:

external-link copy
19 : 96

كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩

Bu iş heç də o zalimin düşündüyü kimi deyil, o sənə heç bir pislik edə bilməz. Onun əmrinə və qadağasına itaət etmə. Sən Allaha səcdə et və Allahın buyuruqlarını yerinə yetirərək Ona yaxınlaş. Həqiqətən də, bunlar Allaha yaxınlaşdıran vasitələrdir. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• فضل ليلة القدر على سائر ليالي العام.
Qədr gecəsinin ilin digər gecələrindən fəzilətli olması. info

• الإخلاص في العبادة من شروط قَبولها.
İbadətin ixlasla yalnız Allah üçün olması, iİbadətin qəbul edilməsi üçün qoyulmuş şərtlərdən biridir. info

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
Dinin əsaslarında (səmavi) şəriətlərin eyni olması, risalətin qəbul edilməsi üçün səbəbdir. info