വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം).

പേജ് നമ്പർ:close

external-link copy
34 : 8

وَمَا لَهُمۡ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمۡ يَصُدُّونَ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَمَا كَانُوٓاْ أَوۡلِيَآءَهُۥٓۚ إِنۡ أَوۡلِيَآؤُهُۥٓ إِلَّا ٱلۡمُتَّقُونَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

Onlar insanları Məscidulharama daxil olmağa və orada tavaf etməyə mane olaraq özlərinə əzabın gəlməsini vacib edən əməllər etdikləri bir halda, onlara əzab verməməyə Bizə mane olan nədir?! Müşriklər heç də Allahın övliyaları deyillər, Allahın övliyaları yalnız Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müt­təqilərdir. Lakin müşriklərin əksəriyyəti özlərinin Allahln övliyası olduğunu idda etsələr də, əslin də isə onlar, özlərinin Allahın övliyası olmadığını bilməzlər. info
التفاسير:

external-link copy
35 : 8

وَمَا كَانَ صَلَاتُهُمۡ عِندَ ٱلۡبَيۡتِ إِلَّا مُكَآءٗ وَتَصۡدِيَةٗۚ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ

Müşriklərin Məscidulharamın yanındakı ibadətləri fit ver­mək və əl çal­maqdan başqa bir şey deyil­dir. Ey Müşriklər! Allaha küfr etdiyinizə və Onun rəsulunu - səllallahu aleyhi və səlləm - yalan saydığınıza görə Bədr döyüşün də ölüm və ya əsir düşməklə dadın əza­bı! info
التفاسير:

external-link copy
36 : 8

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ لِيَصُدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيۡهِمۡ حَسۡرَةٗ ثُمَّ يُغۡلَبُونَۗ وَٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ يُحۡشَرُونَ

Şübhəsiz ki, Allaha küfr edən kimsələr insan­la­rı Allah dinindən sap­dır­maq üçün öz mallarını sərf edir­lər. Onlar onu sərf edə­cək, lakin istədikləri heç vaxt həyata keçməyəcəkdir, sonra da var-dövlətlərini boş və faydasız yerə xərclədikləri üçün bu­nun peşmançılığını çə­­kəcək, daha sonra isə möminlərə məğlub ediləcək­lər. Allaha ka­fir olanlar qiyamət günü Cə­hənnəmə sürüklənəcəklər və onlar oda daxil olub, orada əbədi qalacaqlar. info
التفاسير:

external-link copy
37 : 8

لِيَمِيزَ ٱللَّهُ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجۡعَلَ ٱلۡخَبِيثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٖ فَيَرۡكُمَهُۥ جَمِيعٗا فَيَجۡعَلَهُۥ فِي جَهَنَّمَۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

Öz var-dövlətini insanları Allah yolundan döndərmək üçün sərf edən kafirlər Qiyamət günü, Allahın murdar kafir dəstəsini, pak mömin dəstəsindən ayır­ması üçün Cəhənnəm oduna sürükləyəcəklər, məhz o gqn murdar insanları, əməlləri və var-dövlərin hamısını dəstə-dəstə, bir-birinin üs­tü­nə qoyub Cəhənnəmə atılacaqdır. Zi­ya­na uğrayanlar da məhz onlardır. Çünki onlar dünyada etdikləri əməllərə görə qiyamət günü nəfslərini və ailələrini ziyana uğratmışdılar. info
التفاسير:

external-link copy
38 : 8

قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدۡ مَضَتۡ سُنَّتُ ٱلۡأَوَّلِينَ

Ey Peyğəmbər! Qövmündən Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr edənlərə de ki, əgər onlar Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və Allaha iman edənləri Allah yolundan döndərməyə son qoysalar, Allah onların olub-ke­çən­ günahlarını ba­ğış­la­yar. Çünki İslam özündən qabaq olan günahları əfv edər. Yox, əgər etdikləri küfr əməllərə qayıtsalar, atrıq əvvəlki ümmətlər də Allahın sünnəti belə idi ki, əgər onlar Allahı və Onun Rəsullarını yalan hesab edib və bu əməldə dava etdikdə Allah onlara dərhal əzab göndərərdi. info
التفاسير:

external-link copy
39 : 8

وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِۚ فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ بَصِيرٞ

Ey Möminlər! Din, itaət yalnız şəriki olmayan Allaha məxsus edilənədək düşməniniz kafirlərlə vuruşun, əgər onlar etdikləri əməllərə və insanları Allahın yolundan döndərməyə son qoyarlarsa bu zaman onlarla vuruşmaqdan vaz keçin. Allah etdiyiniz əməlləri görür və Ona heç bir şey gizli qalmaz. info
التفاسير:

external-link copy
40 : 8

وَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَوۡلَىٰكُمۡۚ نِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ

Əgər onlar qadağan olunduqları əməllərdən: Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və insanları Allahın yolundan döndərməyə son qoymazlarsa, Ey Möminlər! yəqin olun ki, Allah sizə onlara qarşı mütləq yardım edəcəkdir, Allah himayə etdiyi kimsə üçün ne gözəl hima­yədarı­nız­dır, yardım etdiyi kimsə üçün nə gözəl yardım­çı­dır! info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الصد عن المسجد الحرام جريمة عظيمة يستحق فاعلوه عذاب الدنيا قبل عذاب الآخرة.
• Məscidulharama mane olmaq böyük günahdır, kim mane olarsa o, axirət əzabından əvvəl dünya əzabına layiq olar. info

• عمارة المسجد الحرام وولايته شرف لا يستحقه إلّا أولياء الله المتقون.
• Məscidulharamı təmir etmək və ona qeydinə qalmaq yalnız Allahın müttəqi övliyalarının layiq olduğu bir işdir. info

• في الآيات إنذار للكافرين بأنهم لا يحصلون من إنفاقهم أموالهم في الباطل على طائل، وسوف تصيبهم الحسرة وشدة الندامة.
• Bu ayələrdə var-dövlətlərini Allahın dininin qarşısını almaq üçün sərf edən kafirlərə, var-dövlərlərini boş yerə xərclədiklərinə və onlar qiyamət günü buna görə böyük peşmançılığa və həsrətə düçar olacqlarına dair xəbərdarlıq vardır. info

• دعوة الله تعالى للكافرين للتوبة والإيمان دعوة مفتوحة لهم على الرغم من استمرار عنادهم.
• Uca Allahın kafirləri tövbəyə və imana çağırışı, onların inadkarlıqlarında davam etməsinə rəğmən, qapısı açıq olan çağırışdır. info

• من كان الله مولاه وناصره فلا خوف عليه، ومن كان الله عدوًّا له فلا عِزَّ له.
• Kimin mövlası və himayədarı Allah olarsa, ona heç bir qorxu olmaz. Kimin də düşməni Allah olarsa, kimsə ona kömək edə bilməz. info