വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (അസർബൈജാൻ)

external-link copy
25 : 29

وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ

İbrahim - aleyhissəlam - qövmünə belə dedi: "Sizin Allahı qoyub bütlərə ibadət etməniz ancaq dünya həyatında aranızda bir-birinizə qarşı bəs­lə­di­yi­niz dostluğa və məhəbbətə görədir. Sonra Qiyamət günü Allahın əzabını öz gözlərinizlə gördüyünüz zaman aranızda olan bu dostluq və məhəbbət bağları yox olacaq və bir-bi­ri­nizi inkar edib lə­nətləyəcəksiniz. Qərar tutacağınız yer isə Oddur. Sizin Allahın əzabından qoruya biləcək, nə ibadət etdiyiniz bütlərdən, nə də başqalarından hər hansı bir yar­dımçınız olmayacaqdır!" info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
• Uca Allah, saleh qullarını düşmənlərinin şərindən qoruyaraq onlara yardım edər. info

• فضل الهجرة إلى الله.
• Allah yolunda hicrət etməyin fəziləti. info

• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
• İbrahim və ailəsinin, Allah yanındakı məqamı olduqca yüksəkdir. info

• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
• Mömin kimsəyə dünyada ikən bəzi mükafatların verilməsi, axirətdəki savablarından əksildiləcəyi anlamına gəlməz. info

• قبح تعاطي المنكرات في المجالس العامة.
• Ümumi məclislərdə günah əməllər edilməsinin çirkin bir iş olması. info