വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം).

external-link copy
34 : 17

وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ بِٱلۡعَهۡدِۖ إِنَّ ٱلۡعَهۡدَ كَانَ مَسۡـُٔولٗا

Atası vəfat edib yetim qalmış uşaqların malına həddi-büluğa, ağıla-kəmala ça­tana qə­dər qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək is­tis­na olmaqla ya­xın­laşmayın! Allah ilə, həmçinin, öz aranızdakı əhdləri pozmadan və ya naqislik etmədən yerinə yetirin. Çünki Uca Allah qiyamət günü əhd verən kimsədən, verdiyi əhdi ba­rə­sində sor­ğu-sual edəcəkdir. Əgər əhdini yerinə yetirmişsə Allah onu mükafatlandıracaq, əhdinə xilaf çıxmışsa ona cəzalandıracaqdır. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الأدب الرفيع هو رد ذوي القربى بلطف، ووعدهم وعدًا جميلًا بالصلة عند اليسر، والاعتذار إليهم بما هو مقبول.
• Gözəl əxlaq, qohum-əqrəba ilə gözəl şəkildə ünsiyyətdə olmaq, maddi imkan olduqda onlara yadım göstərmək, imkan olmadıqda isə onlardan gözəl bir şəkildə üzr istəməkdir. info

• الله أرحم بالأولاد من والديهم؛ فنهى الوالدين أن يقتلوا أولادهم خوفًا من الفقر والإملاق وتكفل برزق الجميع.
• Uca Allah uşaqlara, ata-analarından da daha mərhəmətli və şəfqətlidir. Elə bu baxımdan, uca Allah, ata-anaya uşaqlarını yoxsulluq qorxusundan öldürmələrini yasaqlamış və ata-ananın və uşaqlarının ruzisini Öz üzərinə götürmüşdür. info

• في الآيات دليل على أن الحق في القتل للولي، فلا يُقْتَص إلا بإذنه، وإن عفا سقط القصاص.
• Yuxarıda qeyd edilən ayələrdə, qisas almaq yalnız qətlə yetirilmiş insanın vəlisinin haqqı olduğuna, onun izni olmadan qisas alınmadığına və onun qatili əfv edəcəyi təqdirdə isə qisas alınmayacağına dair dəili vardır. info

• من لطف الله ورحمته باليتيم أن أمر أولياءه بحفظه وحفظ ماله وإصلاحه وتنميته حتى يبلغ أشده.
• Uca Allahın yetimə qarşı olan şəfqət və mərhəmətində biridə, yetimə sahiblik edən kimsələrə, yetimi həddi-büluğa, ağıla-kəmala ça­tana qə­dər həm onu, həm də ki, ona aid olan malını qo­ruyub sax­la­mağı və malına zərər gəlməyəcək şəkildə artırmağı əmr etməsidir. info