വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം).

external-link copy
17 : 14

يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأۡتِيهِ ٱلۡمَوۡتُ مِن كُلِّ مَكَانٖ وَمَا هُوَ بِمَيِّتٖۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٞ

İrinli-qanlı suyun acılığının, hərarətinin və üfunətli iyinin şiddətindən dolayı zorla, özünü məcbur edərək onu qurtum-qurtum içməyə çalışacaq, amma onu uda bilmə­yəcək­dir. Üz verən əzabın şiddətindən ona ölüm hər yandan gələ­cək, lakin o, ölüb canını bu dəhşətli əzabdan qurtarıb, rahat ola bilməyəcəkdir. Əksinə, sağ qalıb əzabdan ah-nalə çəkəcəkdir. Qarşısında onu gözləyən dəhşətli başqa bir də əzab olacaqdır. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أن الأنبياء والرسل بشرٌ من بني آدم، غير أن الله تعالى فضلهم بحمل الرسالة واصطفاهم لها من بين بني آدم.
• Şübhəsiz ki, elçilər və peyğəmbərlər də Adəm övladından olan bir bəşərdirlər. Lakin Allah onları diğər Adəm övladları içərisindən seçib onlara risalət bəxş etməklə başqalarından üstün etmişdir. info

• على الداعية الذي يريد التغيير أن يتوقع أن هناك صعوبات جَمَّة سوف تقابله، ومنها الطرد والنفي والإيذاء القولي والفعلي.
• İnsanların haqqa gəlməsini istəyən hər bir dəvətçi kimsə, dəvət yolunda: qovulmaq, sürgün edilmək, söz və ya əməl ilə əziyyət verilmək kimi qarşılaşacağı çətinlikləri əvvəlcədən bilməlidir. info

• أن الدعاة والصالحين موعودون بالنصر والاستخلاف في الأرض.
• Həqiqətən dəvətçilərə və saleh kimsələrə, yer üzərində xəlifə təyin ediləcəklərinə və həmçinin onlara yardım olunacaqlarına dair vəd edilmişdilər. info

• بيان إبطال أعمال الكافرين الصالحة، وعدم اعتبارها بسبب كفرهم.
• Kafirlərin dünyada ikən etdikləri saleh əməllərinin batıl olmasının və etdikləri küfür səbəbindən saleh əməllərinin onlara heç bir faydası olmamasının bəyanı. info