വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം (അസർബൈജാനി വിവർത്തനം).

external-link copy
66 : 12

قَالَ لَنۡ أُرۡسِلَهُۥ مَعَكُمۡ حَتَّىٰ تُؤۡتُونِ مَوۡثِقٗا مِّنَ ٱللَّهِ لَتَأۡتُنَّنِي بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمۡۖ فَلَمَّآ ءَاتَوۡهُ مَوۡثِقَهُمۡ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ

Ataları onlara belə dedi: "Ölüm hamınızı yaxalayıb, sizdən heç bir kimsə sağ-salamat qalmayıb, onu mənə geri qaytarmaq heç cür mümkün olmaması istisna olmaqla, onu qaytarıb yanıma gə­ti­rəcəyinizə dair Allaha and içməyincə qardaşınızı əsla si­zinlə gön­dərməyəcəyəm". On­lar sidq ürəkdən Allaha and içib, atalarına söz verdikdə Yəqub onlara dedi: "Allah söy­lə­dik­lərimizə şahiddir. Onun şahid olması bizə yetər". info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الأمر بالاحتياط والحذر ممن أُثِرَ عنه غدرٌ، وقد ورد في الحديث الصحيح: ((لَا يُلْدَغُ المُؤْمِنٌ مِنْ جُحْرٍ وَاحِدٍ مَرَّتَيْنِ))، [أخرجه البخاري ومسلم].
Ehtiyatı əldən verməmək və xəyanət etmiş kimsədən uzaq durmaq. Səhih hədisdə deyilir ki: "Mömin kimsə bir yuvadan iki dəfə sancılmaz". Bu hədisi, Buxari və Muslim rəvayət etmişdir. info

• من وجوه الاحتياط التأكد بأخذ المواثيق المؤكدة باليمين، وجواز استحلاف المخوف منه على حفظ الودائع والأمانات.
• Ehtiyatlı olma yollarından biri də, Allaha and içməsini tələb edib, ondan əhd-peyman almaqdır. Eyni zaman da təhlükəli bir kimsədən ona verilən əmanətləri qoruyacağına dair Allaha and içməsini tələb etdmək də caizdir. info

• يجوز لطالب اليمين أن يستثني بعض الأمور التي يرى أنها ليست في مقدور من يحلف اليمين.
• Başqasından and içməsini tələb edən kimsənin, and içməsini tələb etdiyi insanın, bacarmadığı bəzi şeyləri anddan istisna etməsi caizdir. info

• من الأخذ بالأسباب الاحتياط من المهالك.
• Təhlükəli şeylərə qarşı qabaqcadan ehtiyatlı olmaq, yerinə yetirilməsi vacib olan səbəblərdən biridir. info