ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಜರ್ ಬೈಜಾನಿ ಅನುವಾದ - ಅಲಿ ಖಾನ್ ಮೂಸಾಯೀವ್

əl-Mursəlat

external-link copy
1 : 77

وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا

And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə, mələklərə yaxud peyğəmbərlərə) info
التفاسير:

external-link copy
2 : 77

فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا

və şiddətlə əsənlərə (küləklərə və ya mələklərə)! info
التفاسير:

external-link copy
3 : 77

وَٱلنَّٰشِرَٰتِ نَشۡرٗا

And olsun (Allahın əmrini) yaydıqca yayanlara, info
التفاسير:

external-link copy
4 : 77

فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا

(haqqı batildən) ayırdıqca ayıranlara info
التفاسير:

external-link copy
5 : 77

فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا

və zikri (peyğəmbərlərə) çatdıranlara – info
التفاسير:

external-link copy
6 : 77

عُذۡرًا أَوۡ نُذۡرًا

üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara)! info
التفاسير:

external-link copy
7 : 77

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ

Sizə vəd edilən (Qiyamət) mütləq vaqe olacaqdır. info
التفاسير:

external-link copy
8 : 77

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ

Ulduzlar sönəcəyi zaman; info
التفاسير:

external-link copy
9 : 77

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ

Göy yarılacağı zaman; info
التفاسير:

external-link copy
10 : 77

وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ

Dağlar yerindən qoparılıb havada toz kimi uçacağı zaman; info
التفاسير:

external-link copy
11 : 77

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ

Elçilərə (ümmətlərinə şahidlik etmələri üçün) vaxt təyin ediləcəyi zaman info
التفاسير:

external-link copy
12 : 77

لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ

(Belə deyiləcəkdir:) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?" info
التفاسير:

external-link copy
13 : 77

لِيَوۡمِ ٱلۡفَصۡلِ

(Cavabında deyiləcəkdir:) “(Haqqı batildən, xoşbəxti bədbəxtən) ayırd ediləcəyi günə qədər!” info
التفاسير:

external-link copy
14 : 77

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ

(Ey Peyğəmbər!) Sən nə bilirsən ayırd etmə günü nədir?! info
التفاسير:

external-link copy
15 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
16 : 77

أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ

Məgər Biz əvvəlkiləri həlak etmədikmi?! info
التفاسير:

external-link copy
17 : 77

ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ

Sonra axırda gələnləri də onlara qatacağıq. info
التفاسير:

external-link copy
18 : 77

كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ

Biz günahkarlarla belə edərik. info
التفاسير:

external-link copy
19 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
20 : 77

أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ

(Ey insanlar!) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? info
التفاسير:

external-link copy
21 : 77

فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ

Biz onu (nütfəni) möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. info
التفاسير:

external-link copy
22 : 77

إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ

Məlum bir vaxta qədər. info
التفاسير:

external-link copy
23 : 77

فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ

Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz! info
التفاسير:

external-link copy
24 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
25 : 77

أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا

Məgər Biz yeri məskən etmədikmi – info
التفاسير:

external-link copy
26 : 77

أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا

dirilərə və ölülərə? info
التفاسير:

external-link copy
27 : 77

وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا

Biz orada möhkəm dayanan uca dağlar yaratdıq və sizə şirin su içirtdik. info
التفاسير:

external-link copy
28 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
29 : 77

ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ

(Onlara belə deyiləcəkdir:) “Gedin (dünyada) yalan hesab etdiyinizə (Cəhənnəm əzabına)! info
التفاسير:

external-link copy
30 : 77

ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ

(Cəhənnəm tüstüsündən) üç qola ayrılan kölgəsinə gedin!” info
التفاسير:

external-link copy
31 : 77

لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ

Ora nə kölgə salar, nə də alovdan qoruyar. info
التفاسير:

external-link copy
32 : 77

إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ

O (Cəhənnəm) saray boyda qığılcımlar püskürər. info
التفاسير:

external-link copy
33 : 77

كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ

Sanki o (qığılcımlar) qara dəvələrdir. info
التفاسير:

external-link copy
34 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
35 : 77

هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ

Bu, onların (günahkarların) danışa bilməyəcəkləri (bir) gündür. info
التفاسير:

external-link copy
36 : 77

وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ

Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. info
التفاسير:

external-link copy
37 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
38 : 77

هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ

Bu (gün, haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik! info
التفاسير:

external-link copy
39 : 77

فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ

Əgər hiyləniz varsa, Mənə qarşı hiylə qurun! info
التفاسير:

external-link copy
40 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
41 : 77

إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ

Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında info
التفاسير:

external-link copy
42 : 77

وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ

və iştahları çəkdiyi meyvələr içində olacaqlar. info
التفاسير:

external-link copy
43 : 77

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

(Onlara belə deyiləcəkdir:) “Etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin-için! info
التفاسير:

external-link copy
44 : 77

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” info
التفاسير:

external-link copy
45 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
46 : 77

كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ

(Kafirlərə belə deyiləcəkdir:) “Yeyin və (dünyada) bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız! info
التفاسير:

external-link copy
47 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
48 : 77

وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ

Onlara: “Rüku edin (namaz qılın)!”– deyildiyi zaman rüku etməzlər (namaz qılmazlar). info
التفاسير:

external-link copy
49 : 77

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
50 : 77

فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ

Onlar bundan (Qurandan) sonra hansı sözə inanacaqlar?! info
التفاسير: