ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಜರ್ ಬೈಜಾನಿ ಅನುವಾದ - ಅಲಿ ಖಾನ್ ಮೂಸಾಯೀವ್

əl-Əraf

external-link copy
1 : 7

الٓمٓصٓ

Əlif. Ləm. Mim. Sad. info
التفاسير:

external-link copy
2 : 7

كِتَٰبٌ أُنزِلَ إِلَيۡكَ فَلَا يَكُن فِي صَدۡرِكَ حَرَجٞ مِّنۡهُ لِتُنذِرَ بِهِۦ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ

Bu, (insanları) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən bir Kitabdır. Bundan ötrü qəlbində heç bir sıxıntı olmasın. info
التفاسير:

external-link copy
3 : 7

ٱتَّبِعُواْ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡ وَلَا تَتَّبِعُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۗ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostların ardınca getməyin. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz. info
التفاسير:

external-link copy
4 : 7

وَكَم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا فَجَآءَهَا بَأۡسُنَا بَيَٰتًا أَوۡ هُمۡ قَآئِلُونَ

Biz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi. info
التفاسير:

external-link copy
5 : 7

فَمَا كَانَ دَعۡوَىٰهُمۡ إِذۡ جَآءَهُم بَأۡسُنَآ إِلَّآ أَن قَالُوٓاْ إِنَّا كُنَّا ظَٰلِمِينَ

Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı. info
التفاسير:

external-link copy
6 : 7

فَلَنَسۡـَٔلَنَّ ٱلَّذِينَ أُرۡسِلَ إِلَيۡهِمۡ وَلَنَسۡـَٔلَنَّ ٱلۡمُرۡسَلِينَ

Biz, özlərinə elçi göndərilmiş ümmətləri də, (onlara) göndərilmiş elçiləri də mütləq sorğu-sual edəcəyik. info
التفاسير:

external-link copy
7 : 7

فَلَنَقُصَّنَّ عَلَيۡهِم بِعِلۡمٖۖ وَمَا كُنَّا غَآئِبِينَ

Onlara (etdikləri əməllərini) Öz elmimizlə mütləq bildirəcəyik. Biz qaib deyildik. info
التفاسير:

external-link copy
8 : 7

وَٱلۡوَزۡنُ يَوۡمَئِذٍ ٱلۡحَقُّۚ فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

O gün çəki (əməllərin tərəzidə çəkilməsi) bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır. info
التفاسير:

external-link copy
9 : 7

وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُم بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَظۡلِمُونَ

Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır. info
التفاسير:

external-link copy
10 : 7

وَلَقَدۡ مَكَّنَّٰكُمۡ فِي ٱلۡأَرۡضِ وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَۗ قَلِيلٗا مَّا تَشۡكُرُونَ

Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz! info
التفاسير:

external-link copy
11 : 7

وَلَقَدۡ خَلَقۡنَٰكُمۡ ثُمَّ صَوَّرۡنَٰكُمۡ ثُمَّ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ لَمۡ يَكُن مِّنَ ٱلسَّٰجِدِينَ

Biz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedik. İblisdən başqa (hamısı dərhal) səcdə etdi. O, səcdə edənlərdən olmadı. info
التفاسير: