ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಜರ್ ಬೈಜಾನಿ ಅನುವಾದ - ಅಲಿ ಖಾನ್ ಮೂಸಾಯೀವ್

ಪುಟ ಸಂಖ್ಯೆ:close

external-link copy
47 : 41

۞ إِلَيۡهِ يُرَدُّ عِلۡمُ ٱلسَّاعَةِۚ وَمَا تَخۡرُجُ مِن ثَمَرَٰتٖ مِّنۡ أَكۡمَامِهَا وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَيَوۡمَ يُنَادِيهِمۡ أَيۡنَ شُرَكَآءِي قَالُوٓاْ ءَاذَنَّٰكَ مَا مِنَّا مِن شَهِيدٖ

Qiyamət saatının elmi yalnız Ona məxsusdur. O bilmədən heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. O gün (Allah) onlara (müşriklərə) nida edib: “Şəriklərim haradadır?”– deyəcək. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verəcək) heç bir şahid yoxdur!”– deyəcəklər. info
التفاسير:

external-link copy
48 : 41

وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَدۡعُونَ مِن قَبۡلُۖ وَظَنُّواْ مَا لَهُم مِّن مَّحِيصٖ

Əvvəllər tapındıqları (bütlər) onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin biləcəklər. info
التفاسير:

external-link copy
49 : 41

لَّا يَسۡـَٔمُ ٱلۡإِنسَٰنُ مِن دُعَآءِ ٱلۡخَيۡرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٞ قَنُوطٞ

İnsan özünə (mal-dövlət, sağlamlıq, oğul-uşaq və s. bu kimi) xeyir diləməkdən usanmaz. Əgər ona bir pislik toxunsa, məyus olub ümidsizliyə qapanar. info
التفاسير:

external-link copy
50 : 41

وَلَئِنۡ أَذَقۡنَٰهُ رَحۡمَةٗ مِّنَّا مِنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّجِعۡتُ إِلَىٰ رَبِّيٓ إِنَّ لِي عِندَهُۥ لَلۡحُسۡنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ

Başına gələn zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq: “Bu mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət vardır!”– deyər. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara mütləq ağır bir əzab daddıracağıq. info
التفاسير:

external-link copy
51 : 41

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ

İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı dua edər. info
التفاسير:

external-link copy
52 : 41

قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرۡتُم بِهِۦ مَنۡ أَضَلُّ مِمَّنۡ هُوَ فِي شِقَاقِۭ بَعِيدٖ

(Ey Peyğəmbər! Quranı yalan sayan o müşriklərə) de: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, o zaman haqdan uzaq bir ayrılıq içində olan kimsədən daha çox azmış kim ola bilər?!” info
التفاسير:

external-link copy
53 : 41

سَنُرِيهِمۡ ءَايَٰتِنَا فِي ٱلۡأٓفَاقِ وَفِيٓ أَنفُسِهِمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمۡ أَنَّهُ ٱلۡحَقُّۗ أَوَلَمۡ يَكۡفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ

Onun (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm üfüqlərdə (kainatda), həm də öz nəfslərində göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?! info
التفاسير:

external-link copy
54 : 41

أَلَآ إِنَّهُمۡ فِي مِرۡيَةٖ مِّن لِّقَآءِ رَبِّهِمۡۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَيۡءٖ مُّحِيطُۢ

Bilin ki, onlar (müşriklər) Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edəndir. info
التفاسير: