ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ

ಪುಟ ಸಂಖ್ಯೆ:close

external-link copy
147 : 6

فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمۡ ذُو رَحۡمَةٖ وَٰسِعَةٖ وَلَا يُرَدُّ بَأۡسُهُۥ عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ

Ey Peyğəmbər! Əgər onlar səni yalançı hesab edib və Rəbbindən gətirdiyini təsdiq etməsələr, onları rəğbətləndirərək onlara de: "Rəbbiniz ge­niş mər­həmət sa­hibidir. Sizə möhlət verib, əzab verməyə tələsməməsi Onun sizə olan mərhəmətindəndir. Onlara xəbərdarlıq edərə belə de: "Onun əzabı günahlar və asiliklər edən qövmdən uzaq­laş­dırılmaz". info
التفاسير:

external-link copy
148 : 6

سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ

Müşriklər Allaha şərik qoşduqlarının doğruluğuna dair bunun Allahın istəyi və qüdrəti ilə olduğunu görə özlərinə bəraət qazandıraraq deyəcəklər: "Əgər Allah bizim və ata-babalarımızın Allaha şərik qoşmamasını is­təsəydi, biz Ona heç vaxt şərik qoşa bilməzdik. Əgər Allah bizim öz nəfsimizə haram etməyi istəməsəydi, biz haram özümüzə etdiyimiz şeylərdən heç bir şeyi haram edə bi­lməzdik". Onların bu batil dəlillərinə oxşar olaraq on­lar­dan əvvəlkilər də öz pey­ğəmbərlərini beləcə ya­lan­çı hesab edərək belə demişdilər: "Əgər Allah bizim peyğəmbərləri yalan hesab etməyimizi istəməsəydi, biz heç vaxt onları yalan hesab edə bilməzdik". Beləliklə də, onlar əza­bımızı onlara dad­dırana qədər bu münvalla peyğəmbərləri yalan hesab etməkdə davam etdilər. Ey Peyğəmbər! Müşriklərə de: "Deyin görək, sizin Allaha şərik qoşmanızın Allahın buna razı olmasına, yaxud Allahın haram etdiyini halal və ya halal etdiyinidə haram etmənizə dair bir dəliliniz varmı?" Sizin cadəcə olaraq bunu etməyiniz, heç də Allahın bu işdən razı olduğuna dəlil deyil. Siz bu işdə ancaq zənnə qapılırsınız, zənn isə əsla həqiqət ola bilməz, siz an­caq yalan danı­şır­sı­nız. info
التفاسير:

external-link copy
149 : 6

قُلۡ فَلِلَّهِ ٱلۡحُجَّةُ ٱلۡبَٰلِغَةُۖ فَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ

Ey Peyğəmbər! Müşriklərə de: "Əgər bu zəif dəlillərinizdən başqa sizin heç bir dəliliniz yoxdursa, gətirdiyiniz üzürləri və qəlbinizdə olan şübhələri batil edən tutarlı dəlillər ancaq Alla­ha məx­susdur. Ey Müşriklər! Əgər Allah sizin hamınızı haqqa müvəffəq etmək istə­səy­di, müvəffəq edərdi". info
التفاسير:

external-link copy
150 : 6

قُلۡ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشۡهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَاۖ فَإِن شَهِدُواْ فَلَا تَشۡهَدۡ مَعَهُمۡۚ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَهُم بِرَبِّهِمۡ يَعۡدِلُونَ

Ey Peyğəmbər! Allahın onlara halal etdiyini özlərinə haram edən müşriklərə de: "Siz bunu, Allahın haram etdiyini iddia edirsiniz. Elə isə haram etdiyiniz bu şeylərin Allahın haram etdiyinə dair şahidlərinizi gəti­rin, qoy onlar şəha­dət versinlər ki, həqiqətən də, bunu Allah haram bu­yurmuşdur". Ey Peyğəmbər! Əgər onlar elmsiz olaraq bunları Allahın haram etdiyinə şəhadət ver­sə­lər, sən onların bu şəhadətlərinə inanma. Çünki onlar yalan danışırlar. Ağıllarını özlərinə hakim qəbul edəblərin, Allahın onlara halal etdiyini özlərinə haram edərək ayələrimizi yalan sa­yanların və axirətə inan­­mayan­ların is­təklə­rinə uyma. On­lar baş­qa­la­rını öz Rəbbinə şərik qoşurlar və tay tuturlar. Axı belə bir kimsəyə necə tabe olmaq olar?! info
التفاسير:

external-link copy
151 : 6

۞ قُلۡ تَعَالَوۡاْ أَتۡلُ مَا حَرَّمَ رَبُّكُمۡ عَلَيۡكُمۡۖ أَلَّا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗاۖ وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُم مِّنۡ إِمۡلَٰقٖ نَّحۡنُ نَرۡزُقُكُمۡ وَإِيَّاهُمۡۖ وَلَا تَقۡرَبُواْ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَۖ وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ

Ey Peyğəmbər! İnsanlara de: "Gəlin, Allahın nə­lə­ri haram etdiyini sizə oxu­yum. Allah sizə məxluqatı Ona şərik qoş­mağı, valideynlərin üzünə ağ olmağı haram etmiş, onlara yaxşılıq etməyi isə sizə vacib etmişdir. Cahiliyyə dövründə öz uşaqlarını öldürdükləri kimi, Allah sizə yox­sul­luq üzündən uşaq­larınızı öldürməyi haram etmişdir. Sizin də, onla­rın da ru­zisini ve­rən Allahdır. Allah sizə çirkin əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mağı, evləndikdən sonra zina edən, İslama gəldikdən sonra mürtəd olan şəxs kimi haqlı yerə öldürülən kimsələr müstəsna olmaqla, Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyi haram etmişdir. Allah bu deyilənləri sizə tövsiyə etmişdir ki, bəlkə Allahın əmr və qadağalarını an­la­­yasınız. info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الحذر من الجرائم الموصلة لبأس الله؛ لأنه لا يُرَدُّ بأسه عن القوم المجرمين إذا أراده.
• Allahın əzabına səbəb ola biləcək günahlardan çəkinmək. Çünki Allah istədikdə Onun günahkar bir tayfaya verəcəyi əzabın qarşısı alına bilməz!. info

• الاحتجاج بالقضاء والقدر بعد أن أعطى الله تعالى كل مخلوق قُدْرة وإرادة يتمكَّن بهما من فعل ما كُلِّف به؛ ظُلْمٌ مَحْض وعناد صرف.
• Uca Allah hər bir məxluqa mükəlləf etdiyi bir işi yerinə yetirməyə qüdrət və iradə verdikdən sonra, Allahın yazdığı qəza və qədəri dəlil gətirmək zülüm və inadkarlıqdır. info

• دَلَّتِ الآيات على أنه بحسب عقل العبد يكون قيامه بما أمر الله به.
• Bu ayələr, qulun Allahın əmrlərini yerinə yetirməyi, onun ağlının dərk etdiyi çərçivədə olduğuna dəlalət edir. info

• النهي عن قربان الفواحش أبلغ من النهي عن مجرد فعلها، فإنه يتناول النهي عن مقدماتها ووسائلها الموصلة إليها.
• Çirkin əmələ yaxınlaşmaqdan çəkindirmək, çirkin əməli etməkdən çəkindirməkdən daha böyükdür. Çünki çirkin əməllərə yaxınlaşmaqdan çəkindirmək həm bu əməlin başlanğıcından həm də ki, bu əmələ aparan bütün yollardan çəkindirməyi əhatə edir. info