ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ

ಪುಟ ಸಂಖ್ಯೆ:close

external-link copy
27 : 53

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ

Axirət yurdunda dirilməyə inanmayanlar, həqiqətən də, mələklərin Allahın qızları olduğuna etiqad edərək onlara qadın adları ve­rir­lər. Allah onların söylədiklərindən çox uzaqdır! info
التفاسير:

external-link copy
28 : 53

وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا

Halbuki mələklərin qadın adlarına dair onların istinad etdiyi bir elm yoxdur. Onlar bu işdə yalnız uydurma və fərziyyəyə istinad edirlər. Zənn isə öz təsdiqini tapanadək əsla həqiqət ola bilməz. info
التفاسير:

external-link copy
29 : 53

فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

Ey Peyğəmbər! Sən də Bizi zikr etməkdən üz çevirərək ona məhəl qoymayıb dünya həyatından başqa bir şey istə­məyənlərdən üz döndər! Beləsi axirətinə inanmadığına görə, o günü üçün heç bir əməl etməz. info
التفاسير:

external-link copy
30 : 53

ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ

O müşriklərin söylədikləri - mələklərə qadın adları vermələri onların qavradığı bilik səviyyəsidir. Çünki onlar cahildirlər, həqiqəti hələ dərk etməyiblər. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin haqq yo­l­dan azanı da, Onun yolu ilə gedəni də yaxşı ta­nıyır. Bunlardan heç bir şey Ona gizli qalmaz. info
التفاسير:

external-link copy
31 : 53

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى

Göylərdə və yerdə nə varsa - mülk, yaratmaq və idarə etmək təkcə Alla­ha məxsusdur. Bu, Allahın dünyada pislik edənlərə əməl­lərinə görə layiq olduqları əzabı verməsi, yaxşılıq edən­ möminləri isə Cənnətlə müka­fatlandırması üçündür. info
التفاسير:

external-link copy
32 : 53

ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ

Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc asiliklərdən çəki­nir­lər. Böyük günahları tərk etmək və itaəti çoxaltmaqla kiçik günahlar silinir. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. Qulları Ona tövbə etdikləri zaman onların günahlarını bağışlayar. Uca Allah si­zin atanız Adəmi torpaqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində mərhələlərlə xəlq ediləndə də sizi yaxşı ta­nı­yırdı. Bunlardan heç bir şey Ona gizli qalmaz. Elə isə Allahdan qorxduğunuzu deyərək özünüzü tərifləməyin! Çünki Allah kimin Allah­ın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorx­duğunu yax­şı bilir.
info
التفاسير:

external-link copy
33 : 53

أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ

İslam dininə yaxınlaşdıqdan sonra ondan üz çevirən kimsənin halının nə qədər pis olduğunu gördünmü? info
التفاسير:

external-link copy
34 : 53

وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ

Malından azacıq verib sonra heç verməyəni. Çünki xəsislik onun təbiətidir, lakin buna baxmayaraq o, özünü təmizə çıxartmağa çalışır. info
التفاسير:

external-link copy
35 : 53

أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ

Məgər o, qeybi bilir ki, bunu görsün və qeybdən danışsın?! info
التفاسير:

external-link copy
36 : 53

أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ

Yoxsa o, Allaha iftira yaxır?! Allahın adından yalan danışan bu adama Allahın Musaya nazil etdiyi əvvəlki səhifələrdə olan­lar barədə xə­bər verilmədimi?! info
التفاسير:

external-link copy
37 : 53

وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ

Məgər İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bildirilmədi?! O İbrahim ki, Rəbbinin ona buyurduğunu tam şəkildə yerinə yetirmişdir. info
التفاسير:

external-link copy
38 : 53

أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ

Belə ki, heç bir insan başqasının gü­nahını daşımaz. info
التفاسير:

external-link copy
39 : 53

وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ

İnsan yalnız etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alar. info
التفاسير:

external-link copy
40 : 53

وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ

Əlbəttə ki, o, can atdığı əməli qiyamət günü öz göü ilə görəcəkdir. info
التفاسير:

external-link copy
41 : 53

ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ

Sonra da ona əməlinin əvə­zi tam, heç bir əskiksiz ve­riləcəkdir! info
التفاسير:

external-link copy
42 : 53

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ

Ey Peyğəmbər! Bəndələr öldükdən sonra onların dönüşü sənin Rəbbi­nədir. info
التفاسير:

external-link copy
43 : 53

وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ

İstədiyini sevindirib güldürən, istədiyini də kədərləndirib ağladan Allahdır. info
التفاسير:

external-link copy
44 : 53

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا

Dünyadakı diriləri öldürən, ölüləri də dirildən Odur! info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• انقسام الذنوب إلى كبائر وصغائر.
Günahların böyük və kiçik dərəcələrə bölünməsi. info

• خطورة التقوُّل على الله بغير علم.
Elmsiz olaraq Allahın adından danışmağın təhlükəli olması. info

• النهي عن تزكية النفس.
Özünü təmiz çıxarmağın qadağan edilməsi. info