ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ

ಪುಟ ಸಂಖ್ಯೆ:close

external-link copy
75 : 39

وَتَرَى ٱلۡمَلَٰٓئِكَةَ حَآفِّينَ مِنۡ حَوۡلِ ٱلۡعَرۡشِ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡۚ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّۚ وَقِيلَ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ

Hamının bir yerə toplanacağı həmin gün mələklər ərşi əha­tə edərək, Allahı tərif edəcək və kafirlərin Onun barəsində dedikləri sözlərdən Onun uzaq olduğunu de­yəcəklər. Allah yaradılanların hamısının arasında ədalətlə hökm verəcək, kimisinə ehtiram göstərəcək, kimisini də əzaba düçar edəcək. Onda belə deyiləcək: “Mömin qullarının rəhm edilməsi, kafir qullarının da əzaba düçar edilməsi barədə hökm verdiyinə görə məxluqatın Rəbbi olan Allaha həmd olsun!” info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الجمع بين الترغيب في رحمة الله، والترهيب من شدة عقابه: مسلك حسن.
Allahın rəhmətinə qovuşmağa rəğbətləndirməklə Onun şiddətli cəzasından çəkindirməyi cəm etmək (ikisini də bir vaxtda xatırlamaq) gözəl dəvət üslubudur. info

• الثناء على الله بتوحيده والتسبيح بحمده أدب من آداب الدعاء.
Allahın vəhdaniyyətini iqrar deyərək Onu şəninə həmd-səna ilə tərif etmək duanın ədəblərindəndir. info

• كرامة المؤمن عند الله؛ حيث سخر له الملائكة يستغفرون له.
Mələklərin möminlər üçün Allahdan bağışlanma diləməsi, möminlərin Allah qatında dəyərli kimsələr olduğuna dəlalət edir. info