ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ

external-link copy
17 : 32

فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ

Dünyada ikən etdikləri saleh əməllərin mü­kafatı olaraq Allahın onlar üçün gözlə­ri­nə se­vinc gətirə­cək nələr hazırladığını heç kəs bilmir. Bu mükafat əzəmətli olduğuna görə onun nə olduğunu ancaq Allah bilir. info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• إيمان الكفار يوم القيامة لا ينفعهم؛ لأنها دار جزاء لا دار عمل.
Kafirlərin qiyamət günü iman gətirməsinin onlara heç bir faydası olmayacaq. Çünki o məqam, əməl etmək məqamı yox, əməllərin əvəzinin verildiyi məqamdır. info

• خطر الغفلة عن لقاء الله يوم القيامة.
Qiyamət günü Allahla qarşılaşmaqdan qafil olmağın təhlükəsi. info

• مِن هدي المؤمنين قيام الليل.
Möminlərə xas xislətlərdən biri də gecə namazı qılmaqdır. info