ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ

external-link copy
26 : 22

وَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ

Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Biz İbrahimə - aleyhissəlam - müqəddəs evin yerini və bilinməyən hüdudlarını göstərib: "Mə­nə ibadətdə heç bir şeyi şərik qoşma, yalnız tək Mənə ibadət et və evimi də orada təvaf edənlər və na­maz qılanlar üçün hissi və mənəvi pisliklərdən təmizlə!" – de­yə vəhy etdik. info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• حرمة البيت الحرام تقتضي الاحتياط من المعاصي فيه أكثر من غيره.
• Məscidulharamın müqəddəs olması orada günah işlətməyin başqa yerdə günah işlətməkdən daha da təhlükəli olmasına işarədir. info

• بيت الله الحرام مهوى أفئدة المؤمنين في كل زمان ومكان.
• Məscidulharam hər bir zamanda və hər bir yerdə yaşayan möminlər üçün qəlblərinin yönəldiyi bir yer olmuşdur. info

• منافع الحج عائدة إلى الناس سواء الدنيوية أو الأخروية.
• Həcc ibadətinin dini və dünyəvi mənfəətləri insanlar üçündür. info

• شكر النعم يقتضي العطف على الضعفاء.
• Nemətlərə şükür etmək zəyiflərə qarşı şəfqətli olmağı gərəkdirir. info