ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ

ಪುಟ ಸಂಖ್ಯೆ:close

external-link copy
23 : 12

وَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ

Əzizin arvadı hiylə işlədib Yusiflə mülayim davranaraq Yusifdən onunlayaxınlıq etməsini tələb etdi. Yusiflə baş-başa qalmaq üçün otağın qapısını möhkəm bağlayıb Yusifə: "Haydı yanıma gəl!" – dedi. O isə: "Məndən istədiyin işi etməkdən Allaha sığınıram! Ağam məni öz yanında saxlayaraq mənə yaxşı baxmışdır, mən əsla ona xəyanət etmərəm. Əgər ona xəyanət etsəm, bu zaman mən zalımlardan olaram. Çünki za­lım­lar nicat tapmaz­lar!" – dedi. info
التفاسير:

external-link copy
24 : 12

وَلَقَدۡ هَمَّتۡ بِهِۦۖ وَهَمَّ بِهَا لَوۡلَآ أَن رَّءَا بُرۡهَٰنَ رَبِّهِۦۚ كَذَٰلِكَ لِنَصۡرِفَ عَنۡهُ ٱلسُّوٓءَ وَٱلۡفَحۡشَآءَۚ إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُخۡلَصِينَ

Qadın onunla yaxınlıq etməyə qərar vermişdi. Əgər Yusif Allahın onu bu işdən uzaqlaşdıracaq və çəkindirəcək dəlillərini görməsəydi, Yusifdə onunla bu işi etməyi ağlına gərirərdi. Beləcə, Biz onu zinadan və xəyanətdən uzaqlaşdırmaq üçün ona bu ayələri göstərdik. Hə­­qi­qətən, Yusif, risalət və peyğəmbərlik üçün Bizim se­çil­miş qul­ları­mız­dan­dır. info
التفاسير:

external-link copy
25 : 12

وَٱسۡتَبَقَا ٱلۡبَابَ وَقَدَّتۡ قَمِيصَهُۥ مِن دُبُرٖ وَأَلۡفَيَا سَيِّدَهَا لَدَا ٱلۡبَابِۚ قَالَتۡ مَا جَزَآءُ مَنۡ أَرَادَ بِأَهۡلِكَ سُوٓءًا إِلَّآ أَن يُسۡجَنَ أَوۡ عَذَابٌ أَلِيمٞ

Yusif canını qadından qurtarmaq üçün, qadında onun otaqdan çıxmasına mane olmaq üçün onların hər ikisi bir-birini qabaqlayaraq qapıya tərəf qaçdılar. Qa­dın onun otaqdan çıxmasına mane olsun deyə Yusifin köynəyini arxa tərəfindən tutub cırdı. Bu zaman onlar qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdılar. Belə olduqda Əzizin arvadı hiyləğərliyə əl ataraq Əzizə belə dedi: "Ey Əziz! Sənin ailənə qarşı fahişə əməl etməyə cürət edən bir kimsənin cəzası ya zin­dan salınmaq, ya da ağrılı-acılı bir əza­ba düçar olmalıdır!". info
التفاسير:

external-link copy
26 : 12

قَالَ هِيَ رَٰوَدَتۡنِي عَن نَّفۡسِيۚ وَشَهِدَ شَاهِدٞ مِّنۡ أَهۡلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٖ فَصَدَقَتۡ وَهُوَ مِنَ ٱلۡكَٰذِبِينَ

Yusuf - Aleyhissəlam - dedi: "O, məndən onunla yaxınlıq etməyi tələb etdi. Mən isə ondan belə bir şey istəmədim". Bu zaman Allah, qadının ailəsindən olan bir şahidi Yusufun haqlı olduğuna şahidlik etdirərək onu belə danışdırdı: "Əgər Yusufun köynəyi ön tərəfdən cırılmışsa, bu, qadının doğru danışdığına dəlalət edir. Çünki qadın bu anda özünü Yusufdan qorumağa çalışmışdır. Bu da, Yusufun yalançı olduğuna dəlalət edir".
info
التفاسير:

external-link copy
27 : 12

وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٖ فَكَذَبَتۡ وَهُوَ مِنَ ٱلصَّٰدِقِينَ

Yox əgər Yusifin köynəyi ar­xadan cırılıbsa, bu onun doğru danışdığına dəlalət edir. Çünki qadın onu özünə tərəf çəkmək, Yusif isə qaçıb ondan canını qurtarmaq istəmişdir. Bu da qadının yalançı olduğuna dəlalət edir". info
التفاسير:

external-link copy
28 : 12

فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٖ قَالَ إِنَّهُۥ مِن كَيۡدِكُنَّۖ إِنَّ كَيۡدَكُنَّ عَظِيمٞ

Əziz Yusifin - aleyhissəlam - köynəyinin ar­xadan cırıldığını gör­dükdə, Yusifin haqqlı olduğuna əmin olaraq belə de­di: "Ey Qadınlar! Şüb­həsiz ki, bu iftira, sizin Yusifə yaxdığınız hiylələrinizdən biridir. Həqiqətən də, sizin hiyləniz qüvvətli bir hiylədir!". info
التفاسير:

external-link copy
29 : 12

يُوسُفُ أَعۡرِضۡ عَنۡ هَٰذَاۚ وَٱسۡتَغۡفِرِي لِذَنۢبِكِۖ إِنَّكِ كُنتِ مِنَ ٱلۡخَاطِـِٔينَ

Əziz Yusufə dedi: Ey Yusif! Sən bu olanları bir kənara qoy və bu işi kimsəyə da­nışma! Ey Qadın! Sən də günahına görə Allahdan bağış­lanma dilə. Çünki sən, Yusifi öz nəfsinə dəvət edərək günahkarlardan oldun! info
التفاسير:

external-link copy
30 : 12

۞ وَقَالَ نِسۡوَةٞ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٖ مُّبِينٖ

Qadının bu xəbəri şəhərə yayıldı və qadınlardan bir toplumu Əzizin arvadının bu əməlinə inkar edərək dedi­lər: "Əzizin arvadı ca­van kö­ləsini ilə yaxınlıq etmək istəyir. Köləsinə olan sevğisi onun qəlbini bürümüşdür. Biz onun öz köləsini yoldan çıxarmasına və ona qarşı sevği bəsləməsinə görə açıq-aşkar bir azğınlıq için­də olduğunu gö­rürük". info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• قبح خيانة المحسن في أهله وماله، الأمر الذي ذكره يوسف من جملة أسباب رفض الفاحشة.
• Başqalarına qarşı yaxşı rəftar edən insana xəyanət etməyin pis bir əməl olduğunun bəlanı. Yusifin də - aleyhissəlam - ağasının ona yaxşı baxmasını söyləməsi, onun zinanı rədd etmə səbəblərindən biri idi. info

• بيان عصمة الأنبياء وحفظ الله لهم من الوقوع في السوء والفحشاء.
• Peyğəmbərlərin məsum olmalarının və Allahın onları hər cür pis və murdar əməllərdən qorumasının bəyanı. info

• وجوب دفع الفاحشة والهرب والتخلص منها.
• Pozğun əməldən uzaq durmağın və bu əməldən qaçıb canını qurtarmağın vacib olması. info

• مشروعية العمل بالقرائن في الأحكام.
• Hökm verdikdə, əlamətlərə istinad edərək qərar qəbul etməyin caiz olması. info