ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
121 : 7

قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ

Onlar dedilər: “Biz Aləmlərin Rəbbinə iman gətirdik – info
التفاسير:

external-link copy
122 : 7

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ

Musanın və Harunun Rəbbinə!” info
التفاسير:

external-link copy
123 : 7

قَالَ فِرۡعَوۡنُ ءَامَنتُم بِهِۦ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّ هَٰذَا لَمَكۡرٞ مَّكَرۡتُمُوهُ فِي ٱلۡمَدِينَةِ لِتُخۡرِجُواْ مِنۡهَآ أَهۡلَهَاۖ فَسَوۡفَ تَعۡلَمُونَ

Firon dedi: “Mən sizə izin vermədən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, xalqı oradan çıxartmanız üçün şəhərdə qurduğunuz bir hiylədir. Tezliklə biləcəksiniz. info
التفاسير:

external-link copy
124 : 7

لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ ثُمَّ لَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ

Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”. info
التفاسير:

external-link copy
125 : 7

قَالُوٓاْ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə dönəcəyik! info
التفاسير:

external-link copy
126 : 7

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ

Sən yalnız, Rəbbimizin dəlilləri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə (bol-bol) səbir əta et və canımızı müsəlman olaraq al”. info
التفاسير:

external-link copy
127 : 7

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ

Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü yer üzündə fitnə-fəsad törətsinlər, həm səni, həm də sənin ilahlarını bir kənara atsınlar deyəmi buraxırsan?”. (Firon) dedi: “Biz mütləq onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) sağ buraxacağıq. Şübhəsiz ki, biz onlar üzərində sarsılmaz bir gücə sahibik”. info
التفاسير:

external-link copy
128 : 7

قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱسۡتَعِينُواْ بِٱللَّهِ وَٱصۡبِرُوٓاْۖ إِنَّ ٱلۡأَرۡضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini yer üzünün varisləri təyin edir. (Dünyada və axirətdə) gözəl sonluq müttəqilər üçündür”. info
التفاسير:

external-link copy
129 : 7

قَالُوٓاْ أُوذِينَا مِن قَبۡلِ أَن تَأۡتِيَنَا وَمِنۢ بَعۡدِ مَا جِئۡتَنَاۚ قَالَ عَسَىٰ رَبُّكُمۡ أَن يُهۡلِكَ عَدُوَّكُمۡ وَيَسۡتَخۡلِفَكُمۡ فِي ٱلۡأَرۡضِ فَيَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ

Onlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da hansı əməl edəcəyinizə baxsın”. info
التفاسير:

external-link copy
130 : 7

وَلَقَدۡ أَخَذۡنَآ ءَالَ فِرۡعَوۡنَ بِٱلسِّنِينَ وَنَقۡصٖ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ

Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. info
التفاسير: