ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
23 : 45

أَفَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلۡمٖ وَخَتَمَ عَلَىٰ سَمۡعِهِۦ وَقَلۡبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةٗ فَمَن يَهۡدِيهِ مِنۢ بَعۡدِ ٱللَّهِۚ أَفَلَا تَذَكَّرُونَ

Nəfsinin istəyini ilahiləşdirən, Allah (Öz əzəli) elmi ilə azdırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız? info
التفاسير:

external-link copy
24 : 45

وَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ

Onlar dedilər: “Dünya həyatımızdan başqa bir həyat yoxdur. Ölürük və dirilirik. Bizi öldürən ancaq zamandır”. Onların Bu haqda heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar. info
التفاسير:

external-link copy
25 : 45

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”– deməkdən başqa bir şey deyildir. info
التفاسير:

external-link copy
26 : 45

قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ

(Ey Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaq”. Lakin insanların çoxu (bunu) bilməz. info
التفاسير:

external-link copy
27 : 45

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ

Göylərin və yerin mülkü Allaha məxsusdur. Qiyamətin qopacağı gün, məhz o gün batil danışanlar xüsrana uğrayacaqlar. info
التفاسير:

external-link copy
28 : 45

وَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ

(Ey Peyğəmbər!) Sən (o gün) hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcəkdir:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcək! info
التفاسير:

external-link copy
29 : 45

هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ

Bu, sizə qarşı həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz etdiyiniz əməlləri (orada mələklərə) yazdırmışıq!” info
التفاسير:

external-link copy
30 : 45

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ

İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəbbi onları Öz rəhmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar uğurdur. info
التفاسير:

external-link copy
31 : 45

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ

Kafir olanlara gəldikdə isə (onlara deyiləcək:) “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbürlük göstərirdiniz və özünüz də günahkar bir qövm idiniz. info
التفاسير:

external-link copy
32 : 45

وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ

(Sizə:) “Allahın vədi haqdır, Qiyamət saatına heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz Qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz (buna) əmin deyilik!”– deyirdiniz. info
التفاسير: