ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
43 : 38

وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ

Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini (qaytardıq), həm də onlarla yanaşı bir mislini bəxş etdik. info
التفاسير:

external-link copy
44 : 38

وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ

(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (zövcəni) vur. Andını pozma.” Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı. info
التفاسير:

external-link copy
45 : 38

وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ

(Ey Peyğəmbər!) Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! info
التفاسير:

external-link copy
46 : 38

إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ

Biz onları (axirət) yurdunu düşünən ixlaslı qullar etdik. info
التفاسير:

external-link copy
47 : 38

وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ

Həqiqətən, onlar Bizim yanımızda, seçilmiş ən yaxşı kimsələrdəndirlər. info
التفاسير:

external-link copy
48 : 38

وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ

(Ey Peyğəmbər!) İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların hamısı seçilmiş kimsələrdəndir. info
التفاسير:

external-link copy
49 : 38

هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ

Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir – info
التفاسير:

external-link copy
50 : 38

جَنَّٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ

qapıları onlar üçün açılmış Ədn cənnətləri. info
التفاسير:

external-link copy
51 : 38

مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ

Onlar orada (taxtlara) dirsəklənib müxtəlif növ meyvələr və içkilər istəyəcəklər. info
التفاسير:

external-link copy
52 : 38

۞ وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ

Onların yanında gözlərini (ərindən) çəkməyən həmyaşıdları (zövcələr) olacaqdır. info
التفاسير:

external-link copy
53 : 38

هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ

Bu haqq-hesab günü üçün sizə vəd edilənlərdir. info
التفاسير:

external-link copy
54 : 38

إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ

Bu, Bizim ruzidir. O, tükənməzdir. info
التفاسير:

external-link copy
55 : 38

هَٰذَاۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٖ

Bu belədir! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir – info
التفاسير:

external-link copy
56 : 38

جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ

vasil olacaqları Cəhənnəm. Ora nə pis yataqdır! info
التفاسير:

external-link copy
57 : 38

هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ

Bu (əzab), qaynar su və irindir. Qoy onu dadsınlar! info
التفاسير:

external-link copy
58 : 38

وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ

(Kafirlər üçün əzabın) buna bənzər başqa növləri də vardır. info
التفاسير:

external-link copy
59 : 38

هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ

(Kafirlərin başçılarına deyiləcək:) “Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”. info
التفاسير:

external-link copy
60 : 38

قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ

(Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!” info
التفاسير:

external-link copy
61 : 38

قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat et!” info
التفاسير: