ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
55 : 33

لَّا جُنَاحَ عَلَيۡهِنَّ فِيٓ ءَابَآئِهِنَّ وَلَآ أَبۡنَآئِهِنَّ وَلَآ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّۗ وَٱتَّقِينَ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا

Qadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınların, sahib olduqları kölə və kənizləri yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. (Ey qadınlar!) Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir. info
التفاسير:

external-link copy
56 : 33

إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا

Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın! info
التفاسير:

external-link copy
57 : 33

إِنَّ ٱلَّذِينَ يُؤۡذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَأَعَدَّ لَهُمۡ عَذَابٗا مُّهِينٗا

Şübhəsiz ki, Allaha və Onun rəsuluna əziyyət verənləri Allah dünyada və Axirətdə lənətləmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır. info
التفاسير:

external-link copy
58 : 33

وَٱلَّذِينَ يُؤۡذُونَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ بِغَيۡرِ مَا ٱكۡتَسَبُواْ فَقَدِ ٱحۡتَمَلُواْ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا

Mömin kişilərə və mömin qadınlara etmədikləri bir işdən ötrü əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər. info
التفاسير:

external-link copy
59 : 33

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا

Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında bütün bədənlərini örtən) örtükləri ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. info
التفاسير:

external-link copy
60 : 33

۞ لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا

Əgər münafiqlər, qəlbi xəstə olanlar və Mədinədə yalan şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara musallat edərik. Sonra onlar orada sənin çevrəndə qısa bir müddət qala bilərlər. info
التفاسير:

external-link copy
61 : 33

مَّلۡعُونِينَۖ أَيۡنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقۡتِيلٗا

Lənətlənmiş kimsələr olaraq, harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər. info
التفاسير:

external-link copy
62 : 33

سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا

Allahın (onlardan) əvvəl olub-keçənlər (keçmiş ümmətlərin münafiqlər) barəsində sünnəsi belədir. Sən Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən. info
التفاسير: