ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
112 : 26

قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ

(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm! info
التفاسير:

external-link copy
113 : 26

إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ

Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz! info
التفاسير:

external-link copy
114 : 26

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ

Mən iman gətirənləri qovan deyiləm. info
التفاسير:

external-link copy
115 : 26

إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ

Mən yalnız açıq-aşkar bir qorxudanam”. info
التفاسير:

external-link copy
116 : 26

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ

Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”. info
التفاسير:

external-link copy
117 : 26

قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ

(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi. info
التفاسير:

external-link copy
118 : 26

فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!” info
التفاسير:

external-link copy
119 : 26

فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ

Biz onu və onunla birlikdə olanları (insan və hevyanlarla) yüklənmiş gəmidə xilas etdik. info
التفاسير:

external-link copy
120 : 26

ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ

Sonra qalanları isə suya qərq etdik. info
التفاسير:

external-link copy
121 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
122 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. info
التفاسير:

external-link copy
123 : 26

كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ

Ad tayfası da elçiləri yalançı saydı. info
التفاسير:

external-link copy
124 : 26

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ

O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? info
التفاسير:

external-link copy
125 : 26

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm. info
التفاسير:

external-link copy
126 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Allahdan qorxun və mənə itaət edin! info
التفاسير:

external-link copy
127 : 26

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. info
التفاسير:

external-link copy
128 : 26

أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ

Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? info
التفاسير:

external-link copy
129 : 26

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ

Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? info
التفاسير:

external-link copy
130 : 26

وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ

(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız? info
التفاسير:

external-link copy
131 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Allahdan qorxun və mənə itaət edin! info
التفاسير:

external-link copy
132 : 26

وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ

Bildiyiniz nemətləri sizə verəndən qorxun. info
التفاسير:

external-link copy
133 : 26

أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ

O sizə heyvanat və oğul-uşaq verdi, info
التفاسير:

external-link copy
134 : 26

وَجَنَّٰتٖ وَعُيُونٍ

(üstəlik) bağlar və çeşmələr də əta etdi. info
التفاسير:

external-link copy
135 : 26

إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ

Mən sizə üz verəcək böyük günün (Qiyamət gününün) əzabından qorxuram”. info
التفاسير:

external-link copy
136 : 26

قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ

Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir. info
التفاسير: